Şəhid anası Yeni ili necə qarşılayacaqsa, biz də elə – YEKDİL RƏY
Bir tərəfdən şəhidlərimizin qanı bahasına alınan torpaqlara qovuşmağımıza sevinir, bir tərəfdən isə şəhid, yaralı, itkin hərbçilərimiz, eyni zamanda mülki şəhidlər, bu müharibənin uğuru ilə yanaşı fəsadlarını ailəsində, isti yuvasında ağrı-acı ilə hiss edən həmvətənlərimizlə birgə kədərlənir, onlara bacardığımız qədər həmdərd, dəstək olmağa çalışırıq. Birlikdə savaşdığımız kimi, nəticənin acısını, şirinini də birlikdə dadmağa çalışırıq. Hansısa şəhidimizin balasının göz yaşlarını silmək üçün minlərlə qayğıkeş əl uzadılır, qazilərimizin, şəhid ailələrimizin problemlərinin həlli üçün hər kəs “dimdiyində su daşıyan quş” kimi çırpınır. Bir sözlə, cəmiyyət olaraq borcumuzu da, məsuliyyətimizi də dərk edir, həmrəylik göstəririk.
Bunun yanında kiçik fikir ayrılıqlarının yaşandığı, müzakirələrin yarandığı məqamlar da olur. Məsələn, Yeni il bayramı üçün şəhərin bəzədilib-bəzədilməməsi, bayramın qeyd edilib-edilməməsi ətrafındakı düşüncələr kimi. Qeyd edək ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri İsrafil Kərimov yerli mətbuata bununla bağlı belə açıqlama vermişdi: “Yəqin ki, paytaxtın küçələri Yeni il bayramı ab-havasında bəzədiləcək. Yeni ilin qeyd edilib-edilməməsi barədə bir söz deyə bilmərəm. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edəcək”.
AYNA sosial media istifadəçilərinə “Sizcə, Yeni il bayramı münasibətilə şəhər bəzədilməlidirmi?” sualı ilə müraciət edib. Beləliklə sorğuda iştirak edən respondentlərimizin fikirlərini təqdim edirik:
Elyar Həsənov: “Şəhid ailələrinə həmrəylik üçün bəzədilməməlidir. Öz doğmamızı itirəndə necə davranırıqsa, indi də elə davranmalıyıq”.
Gülər Seymurqızı: “Xeyr. Bir il də bəzəksiz keçirsək, heç nə olmaz. Çoxu uşaqlarını bəhanə gətirir, lakin istəsələr, bu il niyə belə keçirdiyimizin səbəbini izah edə bilərlər. 2783 ailə bayram qeyd etməyəcək. Çünki ailə üzvləri arasında bizim üçün canından keçən var”.
Şəhla Cabbarlı: “Xeyr, bu il yox. Amma, məncə, bəzədiləcək, qələbə bayramları və s. qeyd ediləcək”.
Vəfa Aslan: “Xeyr, fikrimcə. Ətrafımızda ürəyi dağlı, gözü yaşlı ailələr varsa, necə sevinə bilərik? Yüzlərlə itkin düşən, yol gözləyən ailələr var, biz indi yeni ilin gəlməsini qeyd edək? Olmaz, mən dünən marketlərdə yeni il bəzəklərinin satışını müşahidə elədim, kiçik yaşlı uşaqlar üçün nə isə etmək olar, o da gizlincə. Amma gənclər, məktəblilər bunu anlamalıdırlar, hətta, ad günü tortu kəsib şənlik edib paylaşanlara qarşı aqressivəm. Olmaz”.
Günel Abbas: “Xeyr, amma qeyd edənlər də özləri bilər, hər kəsə milli ruh yükləyə bilmərik. Bu, vicdan işidir. Şəxsən mənim vicdanım əl verməz. İyul ayından bizim evdə nə şirniyyat bişib, nə də kabab, amma ölməmişik. Qələbəyə sevindiyimiz qədər yas saxlamağı da bacarmalıyıq”.
Pərvin Mehtiyev: “Evinə bayrağa bürünmüş tabut gələn ailələr bu il yeni ili necə qeyd edəcəksə, mən də elə qeyd edəcəm. Süfrə açarıq, şəhidlərimizi yad edərik, yeni ili yox, mahiyyətcə Qələbəni qeyd edərik. İçimiz yanar, amma dik durarıq, məğrur durarıq. Məsələ işin matəm, yas tərəfi deyil, məsələ xalq birliyidir. Və üstəgəl, qoy mənim qızlarım da bilsinlər ki, ataları ona görə onların yanında sağ-salamatdır ki, onun əvəzinə 3000 aslan canından keçib, onlara hörmət eləmək bizim ədəbi və öncül vəzifəmizdir”.
Aynur İmran: “Qələbə üçün bəzədilməlidir. O igidlər düşmən gözü çıxsın deyə, bu xalq bayramlarından qalmasın deyə şəhid oldu”.
Jalə Hüseyn: “Şəhidlərimizi və ailələrini düşünmək, onlara hörmət etmək düşmən gözü çıxarmaqdan qat-qat vacibdir. Buna görə də bu il onsuz da millətimizə heç bir bağlılığı olmayan bu bayramı qeyd etmək olmaz”.
Arifə Mirzə: “Bu il bayram bizim üçün fərqli bayramdir, ona görə ki, hər bayram diləyimiz, arzumuz Qarabağ idi. İndiki bayram daha təntənəlidir, çünki uzun ayrılıqdan sonra Qarabağ övladları ilə bayram keçirəcək. Digər tərəfi də ki, igid, cəngavər oğullarımız şəhid olub. Onların ailələri bayram keçirəcəkmi? Şəhər bəzəksiz də olsa, olar. Qarabağ özü onsuz da bəzəkdir”.
Elmar Məlikov: “Bəli, bəzədilməlidir. Biz qələbə yaşayırıq. Yası ermənilər saxlamalıdır. Şəhidlər şəhid olmadı ki, biz ağlayaq”.
Mərahim Nəsib: “Tamamilə əleyhinəyəm. Daxilimizdəki matəm ab-havası xaricimizdə də özünü göstərməlidir. 3000 nəfərə yaxın şəhid, bir o qədər yaralı, onların bu xəbərlərə dözməyib dünyasını dəyişən yaxınları, erməni terroruna qurban gedən mülki əhalinin qanları soyumamış heç bir əyləncədən, bayramdan söhbətə gedə bilməz. Bayramı qara gələnlərin qarşısında əylənmək heç bir vicdan və ləyaqət hissinə sığmır”.
Nuray Bayramova: “2020-ci il bizim üçün çox ağır il oldu, həm hüznlü, həm sevincli il oldu bu il. Xalqımız bu günə qədər yaşamadığı sevinci, yaşamadığı kədərləri yaşadı bu il. Hər şeyə rəğmən xalqımız da olan ruh yüksəkliyinə həsrətlə baxıram. Sevinci də, kədəri də xalqımız bir olaraq yaşadı. Yeni ili qarşılayacıyıq təbii, ancaq şəhidlərimizi anaraq, onları xatırlayaraq qarşılayacıyıq biz. Əvvəlki illərdə olduğu kimi, küçələrdə toplaşıb fişənglə yox! Buna haqqımız da yoxdur bizim”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2020, 10:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2020, 10:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29