Repetitorluq dayandırılır, təhsil necə olacaq - ekspertlər danışdı
Dekabrın 14-dən etibarən Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq ediləcək. Artıq fərdi tədris, repetitorluq fəaliyyəti də dayandırılır. Bu vaxtadək onlayn təhsilin keyfiyyətindən narazı olan əksər valideynlər övladlarını müxtəlif kurslara, repetitora yönləndirmişdi. Bəs görəsən, bu qadağa təhsilə necə təsir edəcək?
Mövzu ilə bağlı bu və digər suallarla bağlı ekspertlərdən mövqe öyrənməyə çalışdıq.
Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov təhsilin bundan sonrakı vəziyyəti barədə danışıb:
“İlk növbədə qeyd edim ki, mart ayından etibarən tədris prosesinin ənənəvi qaydada auditoriyada individual keçirilməməsi repetitorluq və hazırlıq kurslarına ehtiyacı artırıb. Burada bir neçə vacib səbəb var. Ölkənin hazırda 4447 ümumtəhsil məktəbində çalışan 151 min müəllimin 37 faizinin yaşı 60-dan çoxdur. Onlar Microsoft Teams proqramından istifadə etmədikləri üçün həmin müəllimlərin dərs dedikləri şagirdlər dərslərdən məhrumdurlar. Valideynlər də övladları tədris prosesindən geri qalmasın deyə uşaqları hazırlıq kurslarına və repetitor yanına qoyurlar. Bu birinci səbəbdir. İkincisi, distant təhsil zamanı müəyyən fənlərin tədrisində ciddi şəkildə problem var. Müəllimlər onlayn qaydada bunu öyrədə bilmirlər. Ona görə valideynlər uşaqlarını hazırlıq kurslarına və repetitor yanına qoyurlar. Çünki onlayn qaydada kimya, fizika, biologiya -labaratoriya işini tələb edən fənlər var ki, onlar həyata keçirilə bilmir. Yeni qaydalara görə dərslərin distant qaydada keçirilməsi şagirdlərdə bilik və bacarıqların formalaşmasında geri qalmaya səbəb olacaq. Bu daha çox özünü ibtidai sinifdə təhsil alanlara büruzə verəcək.
Çünki birinci, ikinci sinifdə oxuyan şagirdlər ilkin yazma, oxuma, dinləmə, anlama kimi bacarıqları onlayn qaydada əldə edə bilmirlər. Bu bilik və bacarıqları orta ümumtəhsil məktəbləri vermədiyi üçün alternativ bilik alma forması birmənalı şəkildə ortaya çıxır. Digər tərəfdən, onlayn dərslərdə şagirdlərin sayı kifayət qədər çoxdur. Bu da müəllimləri tam şəkildə sinifdə bütün uşaqlara eyni səviyyədə dərs keçməyə imkan vermir. Bu zaman artıq valideynlərin alternativ təhsilalmaya keçməsi zəruri olur.
Artıq ölkə ərazisində yoluxma sayındakı kəskin artım, tədris prosesindəki artım bu xüsusən hazırlıq kursları, repetitorluq fəaliyyətinə məhdudiyyətlə nəticələndi. Əslində gözlənilən idi. Amma tədris mərkəzlərinin və hazırlıq kurslarının bağlanması abituriyentlərə və şagirdlərə çox ciddi şəkildə təsir göstərəcək. Çünki sentyabr ayının 15-dən bəri 10-11-ci sinif şagirdləri üçün tədris keçirilmədi. Yalnız məsafədən həyata keçirildi. Bu da ciddi şəkildə problemlər yaradırdı. Şagirdlərin kompüterləri, planşetləri, avadanlıqları olmadığına görə normal qaydada bu tədrisi həyata keçirə bilmirdilər. Bir vacib məqamı qeyd edim ki, xüsusilə birinci, ikinci, üçüncü sinifdə oxuyan və bu il qəbulda buraxılış imtahan verəcək şəxslər üçün tədris prossesinin dayandırılması, hazırlıq kursları, repetitorluğun dayanması onlara təsir göstərəcək. İbtidai siniflər bir neçə həftə məktəblərə gedə bildilər. Şagirdlər isə müəyyən kurslarda biliklərə yiyələnməyə çalışırdılar. Düzdür, Təhsil Nazirliyi “Tele dərs”, “Virtual məktəb” layihəsini həyata keçirir. Amma şagirdlər tam şəkildə bu proqramı mənimsəyə, o resurslardan tam istifadə edə bilmirlər. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə çox ciddi işlər görülməlidir" .
K.Əsədov çıxış yollarından da bəhs edib:
“Vizuallaşmış virtual dərslər yaradılmalıdır. Dərsliklər sadələşdirilməlidir ki, hətta fövqəladə vəziyyətdə, hətta müharibə şəraitində belə şagirdlər üçün normal tədrisin axını təmin edilsin. Bu gün hazırlıq kursları və repetitorluğun dayandırılması 2021-ci ildə imtahan verəcək şəxslərin nəticələrinə təsir göstərəcək. Belə ki, onlar mövcud proqramı mənimsəməkdə çox böyük çətinliklər çəkirlər. Eyni zamanda ali təhsil müəssisələrində semestr imtahanı verən tələbələrin imtahanla bağlı çox ciddi çatışmazlıqları ortaya çıxacaq. Ümumiyyətlə, alternativ təhsil formasının hüquqi bazası yaradılmalıdır. Bunun alətlər sistemi öz həllini tapmalıdır ki, şagirdlər məsafədən təhsil almaq imkanına malik olsunlar. Məktəb olmadığına görə məktəbdə öyrənilməsi zəruri olan biliklər, bacarıqlar şagirdlərə repetitorlar tərəfindən çatdırılırdı. İndi şagirdlər bundan da məhrum oldular. Bu təhsilin əlçatanlığına çox böyük mənfi təsir göstərəcək. Hazırda istər orta məktəblərdə, istərsə də ali məktəblərdə, istər repetitor kimi çalışanlar arasında kifayət qədər yaşlı müəllim var ki, onlayn qaydada dərs keçirlər, yaşları çoxdur, alətlərdən istifadə edə bilmirlər. Ona görə gənc müəllimləri, xüsusən pedaqoji yönümlü ixtisaslarda təhsil alan 3-cü, 4-cü kurs tələbələrini bu proseslərə cəlb etməklə müəllimlərin yükünü azaltmaq olar, şagirdlər üçün təhsilin əlçatanlığını təmin etmək olar”.
Təhsil eksperti Elçin Süleymanov da mövzu ilə bağlı fikirlərini bildirib: “Bizim artıq bu prosesdə təcrübəmiz var. Aprel ayında da eyni vəziyyət yaranmışdı. Ümumiyyətlə, keçənilki qəbulda pandemiya, qadağalar abituriyentlərin buraxılış imtahanında göstərdiyi nəticələrə çox ciddi təsir göstərmədi. Yenə də repetitorlar, hazırlıq kursları dərsləri onlayn qaydada davam edəcək. Onsuz da kurslarda 10 nəfər olmaqla şagird sayında məhdudiyyətlər var idi. Onsuz da orta məktəblərdə dərslər onlayn şəkildə aparılırdı. Universitetlər də eynilə. Yeni qərar, sadəcə olaraq, repetirorluq və özəl kurslara şamil olunur. Yəqin ki, əvvəlki kimi həmin kurslar dövlət tərəfindən dəstək paketi alacaq. Burada şagirdlərin sağlamlığı imtahan nəticələrindən daha əhəmiyyətlidir. Onsuz da distant təhsilin bizdə təcrübəsi kifayət qədərdir. Artıq internetin sürətində də oktyabr ayındakı kimi məhdudiyyətlər yoxdur. Düzdür, valideynlər repetitorluğun onlayn qaydada olmasının effektiv olmadığını düşünürlər. Amma düşünürəm ki, Dövlət İmtahan Mərkəzi də sınaq imtahanlarını onlayn şəkildə edəcək. Şagirdlər də artıq bu prosesə təcrübəli olduqları üçün buna uyğun hazırlaşacaqlar. Bu, sadəcə, bir seçim deyil, zərurətdir. Burada şagirdlərin sağlamlığı, onların valideynlərinin sağlamlığı daha əhəmiyyətlidir. Son günlər şagirdlər ictimai nəqliyyatdan istifadə edərək kuslara, müəllimlərin evinə gedirdilər. Uşaqlar üçün COVİD-19 çox ciddi təhlükə olmasa da, onların valideynlərinə, yaşlılara təsiri var idi. Ətrafı qorumaq üçün bu addımı düzgün sayıram, ədalətli addım idi”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2020, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2020, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24