“Yaralı əsgər özünə qumbara bağlayıb erməniləri partlatmaq istəyirdi...“ - Cəbhədən gələn həkim
Vətən Müharibəsi dövründə Ağcabədidəki travmatologiya xəstəxanasına rəhbərlik etmiş həkim Əkbər Məmmədovun Yenisaba.az-a müsahibəsi:
- Doktor, necə oldu ki, cəbhə bölgəsinə yollandınız? Bu öz təşəbbüsünüz idi, yoxsa səfərbərlikdən çağırdılar?
- Öz istəyimlə getmişəm, nazirliyə müraciət eləmişdim, onlar da sentyabrın 28-də Binəqədi Səfərbərlik İdarəsinə yaxınlaşmalı olduğumu dedilər. Oraya getdikdə isə məni bir neçə günə çağıracaqlarını bildirdilər. Mən də gəlib iki gün gözlədim. Bir neçə dəfə də telefonla əlaqə saxladım, yenə özlərinin xəbər edəcəklərini dedilər. Nəhayət, elə oldu ki, mənə oktyabrın 1-i Ağcabədi rayon Mərkəzi Xəstəxanasına getməli olduğum barədə məlumat verildi. Təbii, dərhal hazırlaşıb getdim. Orada yaralılara xidmət göstərmək üçün şöbə yaradılmışdı. Amma xəstəxana uzun müddət mülki vətəndaşlarla işlədiyinə görə hərbi xəstəxana kimi fəaliyyətində biraz çətinliklər var idi. Elə oldu ki, biz cərrahiyyə şöbəsinin içərisində travmatologiya şöbəsi yaratdıq. Dövlətin, dostların dəstəyi ilə ora üçün lazım olan hər şeyi əldə elədik. Bildirim ki, şöbə mənim təşəbbüsümlə yaradıldı. Ona görə də təklif olundu ki, elə şöbəyə mən rəhbərlik edim. Oktyabrın 1-dən noyabrın 15-dək orada fəaliyyət göstərdik.
- Həkimlik fəaliyyətinə nə vaxt başlamısız?
- İlk əvvəl qeyd edim ki, Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakösə rayonunun Şıxlar kəndində doğulmuşam. Hazırda 53 yaşım var, ailəliyəm, 4 övladım var. 1993-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişəm.1995-ci ildən fərdi fəaliyyət göstərirəm. “Mamedov Dental” Klinikasını təsisçisiyəm. Elə həmin vaxtdan klinikanın girişinə yazıb yapışdırmışıq ki, şəhid ailələrinə müayinə və müalicə pulsuzdur. İstəyən klinikamıza yaxınlaşa bilər. Övladlarımın ikisi də həkimdir, “Yeni Klinika”da fəaliyyət göstərirlər. Mən orda olanda onlar işdən sonra Bakıdakı hərbi hospital gedib yaralılara kömək edirdilər.
- Ağcabədidə olduğunuz müddətdə təxminən neçə hərbçiyə tibbi yardım göstərmisiniz?
- Yüzlərlə əsgərə tibbi müdaxilə etmişik. Əslində, dediyim kimi mənim ixtisasım stomatoloqdur. Sadəcə olaraq Vətən müharibəsində dövlətimə, əsgərimə bir yardımımın toxunmasını istədim və belə bir şöbənin yaradılmasına təşəbbüs göstərib rəhbərlik etdim. Oraya Bakıdan güclü travmatoloqlar gəlmişdi, onların əməyini itirmək olmaz. Həmçinin yerli travmatoloq vardı. Yəni bu müddət ərzində xəstəxanada bir yumruq şəklində hamı işləyib. Mən gələn əsgərlərin hamısına atalıq eləmişəm, həqiqətən, onların hamısı çətin vəziyyətdə idi. Ağır yaralı gələnlər, yanında dostu şəhid olanlar var idi ki, onları təsəlli etmək çox çətin idi. Elə olurdu ki, səhərədək başlarını qucağıma qoyub yanlarında otururdum ki, sakitləşsinlər.
- Təbii ki, müharibə qansız-qadasız ötüşmür. Sizin xəstəxanada dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalan əsgərlərimiz oldumu?
-Bəli, təəssüf ki, oldu. Xəstəxanaya komada olan, kəllə-beyin travması alan xəstələr gəlirdilər, əksəriyyəti ağır vəziyyətdə idi. Ancaq Ağcabədi Mərkəzi Xəstəxanasında komanda çox güclüydü. İşin öhdəsindən yüksək səviyyədə gəlməyə çalışırdıq.
- Hansısa əsgəri xilas edə bilməyəndə tibbi personalda ruh düşkünlüyü yaranırdımı?
- Əlbəttə, həmin gün hamımız yasa batırdıq. Düzdür, mən 1992-ci ildəki müharibəni də görmüşəm, bir qədər dözümlüyəm, çünki adam çətinlikləri görəndə soyuqqanlı olur, bəzi hissiyyatlar itir. Amma hər əsgər şəhid olanda sartsıntı olurdu. Adicə bir əsgərin yarasına baxanda da adam sarsıntı keçirirdi. Bəzən əsgərin bir barmağı kəsilirdi, belə vəziyyətdə özünü pis hiss etməmək mümkün deyildi.
- Bizdə olan məlumata görə, həkimlər arasında Türkiyədə fəaliyyət göstərən könüllü həkimlər də olub. Onlardan hansısa gəldiyinə görə peşman olurdumu?
- Qətiyyən. Biz işlədik, həm travmatologiya, həm də cərrahiyyə şöbəsi gecə-gündüz fəaliyyət göstərirdi. Təbii, travmatologiya şöbəsinə gələnlər daha çox idi. Çünki bizdə işlər elə yüksək səviyyədə qurulmuşdu ki, bütün Füzuli, Ağdam, başqa yaxın ərazilərdə nə qədər travmatoloji əməliyyatlar vardısa, bizə göndərilirdi. Məsələn, yanımızda Əbülfət həkim vardı, uzun müddət hərbi hospitalda baş travmatoloq olub, təqaüdə çıxıb, hazırda “Modern Hospital”da çalışır, amma o yaşda gecə-gündüz yorulmadan işlədi. O cümlədən Əfqan və Ayaz həkim kimi həkimlərin bu prosesdə əməyi böyükdür.
- Saatlarla ayaqüstə qalan, naharı gec edən, gecə yuxusuz qalan həkimlə olurdumu?
- Nəinki saatlarla, biz 24 saat ayaqüstə qalırdıq. İnanın ki, 24 saat əməliyyat olurdu. Bakıdan gələn həkimlər növbəli işləyirdilər. “Medical Plaza”nın həkimləri orada çox idi. Reanimasiya şöbəsini onlar tutdular. Çox böyük tibbi avadanlıqlarla dəstək olurdular. Amma yenə də orada yuxu söhbəti yox idi. Həkimlər gün ərzində 3-4 saat yatsa, o, böyük şey sayılırdı. Həmçinin Ağcabədinin öz həkimləri də bütün gün xəstəxanada olurdular. Tibb işçiləri gənc xanımlar idi. Allaha and olsun, onlar əsgərlərə bacı olurdular. Təbii ki, hərbçilərin çoxu müharibə ilə əlaqədar əsəbi olurdu, bir çoxu öz-özünə danışırdı, qışqırırdı və biz də sakitləşdirirdik. Ondan sonra qızlardan üzr istəmək istəyirdilər. O xanımlar əsgərlərimizə kişi kimi qulluq etdilər. Ortada bir komanda işi vardı.
- Bu müharibə bizim hərb tariximizə qızıl hərflərlə yazıldı. Əsgərlər arasında döyüş yolu barədə nəsə danışan olurdumu?
- Əsgərin birinin qolu amputasiya olmuşdu. Adı Sahil Həsənli idi. Deyəsən, qələbə günü də hospitalın pəncərəsinə çıxmışdı. O, bizim xəstəxanaya gətirilmişdi. Mənə deyirdi ki, “Doktor, tez məni göndər, cəbhəyə getmək istəyirəm”. Bunun mümkünsüz olduğunu başa salırdım. Mənə cavabında, “özümə bomba bağlayıb, ermənilərin üstə gedəcəm, heç olmasa, 8-10 erməni öldürərəm”,-dedi. Başında qəlpə olan komandir vardı. Yüksək rütbəliydi. 4 gün biz onu xəstəxanada saxlaya bilmədik. Heç dikişi sökülmədən cəbhəyə qayıtdı. Düzdür, beyin zədələnməməmişdi, ancaq kəllə-sümüyü deşilmişdi. Çoxu yarasını gizlətmək istəyirdi. Ancaq bunu etmək mümkün deyildi. Çünki bizdə hamısı qəlpəli sınıqlar idi. Sadəcə “tez sağalım, gedim”,-deyirdilər. Biz yüngül xəsarət alanları saxlamırdıq. Məsələn, biləkdə iki sümük var, biri sınırdı, digərinə stabilləşdirib gips qoyurduq, onlar bunu bilən kimi, həmin dəqiqə getmək istəyirdilər.
- Ölüm ayağında olan əsgərlərin son sözü nə olurdu?
- Bizə gəlib çıxan əsgərlərin çoxu koma vəziyyətində olurdu. Eləsi vardı ki, biz adını bilməyib naməlum yazırdıq. Təbii ki, sonradan araşdırılıb kimlikləri müəyyənləşdirilirdi. Əgər problem həll olmasa, Bakıya təxliyyə edirdik. Düzü, orada xəstələri uzun müddət saxlaya bilmirdik. Əməliyyatdan sonra iki gün gözləyirdik. Görəndə ki vəziyyətdə stabilləşmə var, onu baxımlı xəstəxanaya göndərirdik. Çünki oraya gündə 50-60 xəstə gəlirdi, onları orada saxlamaq iqtidarında deyildik. Onlar da ancaq “Canım vətənə qurban”, “Dostum şəhid oldu, mən niyə şəhid olmamışam” kimi fikirlər səsləndirirdilər. Əksəriyyəti ailəsi ilə telefonda danışanda vəziyyətini gizlədirdi.
- Əsgərlərin arasında sizə problemindən, ailəsindən, ümumiyyətlə həyatından danışan, vəsiyyət edən olurdumu?
- Əlbəttə, olurdu. Bir xəstəmiz vardı, hazırda adı yadımdan çıxıb. Deyəsən, Xocavənd ətrafında yaralanmışdı. Bir müddət vəziyyəti çətin olduğuna görə heç danışmadı, çünki canının hayında idi. Sonra əməliyyat olundu. Ağrıdan canını qurtarıb rahatlaşandan sonra həkimdən sənədlərini istəyib. Gördüm ki, bu, çox narahatdır. Problemini utanıb mənə deməyib. Bir gün tibb bacılarına nişan üzüyünü itirdiyini deyib. Utandığı üçün mənlə bu barədə danışmamışdı. Mənə də qızlar dedi. Gedib nəyinin itdiyini soruşanda ancaq sənədləri dedi. Biraz təkid elədim. Utana-utana nişan üzüyününü itdiyini söylədi. Mən də “nə vaxt toyun olsa, mənə xəbər elə, özüm nişan üzüyü alıb sənin toyuna gələcəm”,-dedim. Orada çalışdığım müddətdə şöbədə qaldım, hotelə getmədim. Nəticədə hər şeydən xəbərim olurdu. Gecələr də yaralılarımız gəlirdi, bəzilərinin ağrısı olurdu, əməliyyatlar aparılırdı. Onların ardıcıllığına baxırdım, ona görə də getməyim mümkün olmurdu. Orada olanda övladı dünyaya gələn əsgərlər vardı. Bəziləri gələcəklə bağlı plan qururdular. Qurduğu işi davam etdirmək haqqında fikirləşənlər, anasını, ailəsini düşünənlər, onlar üçün darıxanlar olurdu. Amma övladları, valideynləri, sevgililəri üçün darıxdıqları qədər əsgər yoldaşları, ümumiyyətlə döyüşmək üçün də darıxırdılar.
- Bəs övladına orada ad qoyan olurdumu? Heç bu barədə sizinlə məsləhətləşirdilər?
- Xeyr. Sadəcə bir hərbçimiz övladı olacağını, adını da Polad qoyacağını demişdi.
- Müharibə ilə bağlı yaddaşınıza əbədi həkk olunan xatrinəniz varmı?
- Bir xəstəmiz Füzuli Diaqnostika Mərkəzindən gəlmişdi. Çox güman ki, huşunu itirdiyinə görə, adı səhv yazılmışdı. Biz onu əməliyyat etdik. Həmişə palataya gedəndə əsgərlərdən adlarını soruşurdum, hal-əhval tuturdum. Onun adını çəkəndə o, ada reaksiya vermirdi. Mən də fikirləşdim ki, yəqin partlayış zamanı travma alıb, ona görə eşitməsində problem var. Sonra bir-iki dəfə söhbətə cəhd etdim, gördüm ki, reaksiya verir. Adını soruşdum. Mənə adını deyəndə təəccübləndim. Çünki neçə vaxt idi ki, bizdən onu soruşurdular, amma biz elə bir xəstəmizin olmadığını deyirdik. Atası oğlunun yaralandığını öyrənib, harada olduğunu axtarıb, tapa bilməyib. Ona görə də “Oğlumun ölüsünü də tapsam. Qurban kəsəcəm”,-deyib. Tez mən əsgərlə danışdıqdan sonra bu barədə axtarış edənlərə məlumat verdim. Onlar da ailəsi ilə əlaqə saxlayıblar. Bir gün gördük atası qurban kəsib xəstəxanaya gətirib ki, bunu əsgərlərə verin.
- Doktor, müharibədən sonra Azərbaycan xalqı bağlı fikirlərinizdə dəyişiklik oldumu?
- Hamımızın içində qisas hissi vardı. O, baş qaldırdı və müharibə xalqı birləşdirdi. Mən heç vaxt xalqım haqqında pis fikirləşməmişəm. 1992-ci il müharibəsində də iştirak eləmişəm və onda səngərdə olmuşam. O zaman da torpaq uğrunda can qoyurdular, müharibədən qorxmaq bizdə heç vaxt olmayıb. Sadəcə bəzi qüvvələr olub ki, birliyimizə kölgə salmağa çalışıblar. Onlar bu gün də var.
- Müharibə həyatınızda nəyi dəyişdi?
- Düzü, həyatımda elə ciddi dəyişiklik olmadı. Çünki o qanlı-qadalı günləri biz görmüşük. Ağır xəstələrlə də rastlaşmışıq. Sadəcə indi müharibədən daha sevinclə danışırıq. Çünki qalibik, alnımıza yazılan o ləkə təmizlənib. Ordumuz qalibdir. Daha bundan artıq nə ola bilər? İndi də imkan olduqca xəstələrlə görüşürük.
- Hospitala valideynlər gəlirdi? Onlarla görüşə icazə verilirdi?
- Xeyr. Birmənalı şəkildə valideynlərlə görüşə icazə verilmirdi. Əsgər xəstəxanadan birbaşa ön cəbhəyə qayıtsa belə, valideynləri ilə görüşə bilmirdi. Ümumiyyətlə, bizdə xəstəxana qarşısında polislər dayanmışdı, xüsusi xidmət orqanları çox ciddi fəaliyyət göstərirdilər. Xəstənin vəziyyəti haqqında məlumat vermək də qadağan idi. Sadəcə smartfon telefonun işlədilməsinə icazə verilmişdi. Bunun vasitəsilə onlar ailələri ilə danışa bilirdilər.
- Əsgərlər can atırdılar ki, valideynləri ilə danışsınlar?
- Əlbəttə, hətta görüşmək istəyirdilər. Məsələn, bəzən valideynlər gəlib xəstəxananın çölündəki hasarın yanında dayanırdı. Əsgər də çıxırdı pəncərəyə, bir-birinə baxa-baxa uzaqdan danışırdılar. Amma birbaşa əlaqə yox idi.
- Vəziyyəti ağır olan, əl-ayağını itirən əsgərləri evə yola salanda onlar nə hiss keçirirdilər?
- Hamısı gəlib vidalaşırdı. Telefon nömrəmi götürüblər, indi də əlaqə saxlayırıq. Gözlərində zərrə qədər peşmanlıq hissi yox idi. “Vətən sağ olsun” deyirdilər. Şəhid yoldaşlarını fikirləşirdilər. Onların yerində olmaq istəyirdilər.
- Əsgər yoldaşları ilə əlaqə saxlayıb hansısa məlumat əldə eləməyə çalışanlar olurdumu?
- Adi telefonla əlaqə quranlar vardı. Danışırdılar, bir də görürüdün ki, otaqdan səs gəlir, kimsə möhkəm ağlayır. Çünki dostunun şəhid olduğu xəbərini telefonla alanlar olurdu. Mənim onları ovundurmağım üçün bəlkə də illər lazımdır. Ovundurmaq mümkün deyildi. Səhərə kimi danışırdım, rahatlaşmırdılar. Ağlaya-ağlaya yuxuya gedənlər olurdu.
- Bəs əsgər yoldaşları onlara qələbə ilə bağlı məlumat verirdimi? Məsələn, Şuşa azad olunanda yaralı əsgərlərdən hansısa rəsmi açıqlamadan əvvəl məlumat əldə etmişdimi?
- Sizdən əvvəl bütün məlumatları biz bilirdik. Ona görə də xüsusi həyəcan hissi olmurdu. Çünki bizə yaralılar gələndə biz onların hansı istiqamətdəki döyüşlərdə yaralandığını bilirdik. Hansı ərazilərə girdiklərini artıq məlum olurdu. 2-3 gün sonra isə mətbuatda açıqlanırdı ki, müzəffər ordumuz filan yerləri işğaldan azad elədi. Bunlar bizə həyəcan vermirdi, çünki bizim həyəcanımız lap çoxuydu. Qələbə gününü mən canımda hiss edə bilmədim. Çünki həmin həftə bizdə, ümumiyyətlə, yatmaq söhbəti olmadı. 7 gün ərzində 1 saat belə yata bilmədik. Mən 2 gün yuxusuz qala bilirəm, amma bir həftə qaldığım olmamışdı, oldu.
- Ermənilərlə bağlı nəsə danşırdılarmı?
- Bəli, əlbəyaxa döyüşdə yaralananlar vardı. Şuşadan gələnlərin o qədər xatirəsi var idi ki… Çoxu yenidən Şuşada olmaq üçün can atırdı. Çünki döyüşün kuliminasiyası ora idi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Laçın, Xocalı, Xankəndidən yaralıların hamısı bizim xəstəxanaya gəlirdi. Lakin Ağdərə bölgəsi bizim xəstəxanaya yox, Şəmkirə aparılırdı. Onların da təbii ki, müəyyən xatirələri olurdu.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2020, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2020, 15:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24