Koronavirus bəlası davam edir: - evdə müalicə alanlar bu problemlərlə üzləşirlər...
"Deyirlər koronavirusa yoluxanlar evdən çölə çıxmasınlar. Bəs dərmanları, ərzaqları necə alaq? Yaxınlıqda qohumum da yoxdur, qonşudan da bir dəfə xahiş edirsən, ikincidə artıq üzün gəlmir deməyə. Bu işə baxan kimsə olmalıdır axı. Nə xəstəxanaya aparırlar, nə də dərman almağa imkan verirlər. Bəs, biz ölməliyik?"
Bu, Afət Əliyevadır. Musavat.com-a müraciət edən paytaxt sakini baxımsızlıqdan şikayətçidir:"İki gündür ki, testin cavabı pozitiv çıxıb. Həkim bir siyahı dərman yazıb. Vitaminli xörəklər, meyvələr yeməliyik. Amma bütün bunları alacaq kimsə yoxdur, nə etməliyik. Məcburuq ki, özümüz düşüb alaq".
COVİD-19-a yoluxmuş Səmayə Əliyeva da oxşar durumu yaşayır: Təsəvvür edin ki, bizim binada demək olar ki, hamı koronavirusa yoluxub. Hərə öz canı ilə əlləşir. Biz də ailəvi olaraq bir həftədən çoxdur ki, yoluxmuşuq, çox çətinliklərdən keçirik. Elə vaxt olur ki, bir gündə bir neçə dəfə aşağı düşməli oluruq. Nə edək, kimə deyək. Xəstəxanadan heç bir dərmanı belə çatdırmadılar bizə, dedilər qurtarıb, xəstə çoxdur".
Digər sakin Əfsanə Mirzəyeva isə poliklinikadan şikayətləndi: "İki gündür qızdırmam 38-ə qalxıb, poliklinikaya zəng vurmuşuq ki, gəlin test götürün. Deyirlər, test götürmək üçün alətlərimiz qurtarıb. Ona görə gəlmədilər. Pulumuz da yoxdur ki, özəl klinikada test verək. Nə edəcəyimizi bilmirik".
Göründüyü kimi, son günlər yoluxmanın sayında artım müşahidə edildikcə, şikayətlərin də sayı artmaqdadır. Virusa yoluxanların çölə çıxması isə daha böyük təhlükəyə səbəb olur. Bəs nə etməli?
Naxçıvan modelindən yararlanmalıyıq...
Bizimlə söhbətdə "Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri Ədalət Rüstəm xəstələrin çölə çıxmasını önləyən təklif irəli sürdü:
"Gözümüzün önündə Naxçıvan modeli var. Təcili olaraq bunu tətbiq etməliyik. Orda ailədə bir nəfər belə yoluxursa, həmin mənzilin qabağında iki nəfərdən ibarət polis postu qurulur. Həmin mənzilə giriş-çıxış dayandırılır. Yaxın qohumumun evinin önündə belə bir post qurmuşdular. Artıq yığışdırılıb. Polis postunun burda vəzifəsi nədir? O mənzilə heç kim gedə bilmir. Ailə üzvlərindən biri qapıya yaxınlaşaraq evə alınacaq ərzağın, dərmanın siyahısını polisə təqdim edir, polis nə lazımdırsa alıb, ailəyə verir. Axşam saatlarında isə həmin ailə məişət tullantılarını binanın girişinə qoyur, polislər onu atırlar. Əgər ailənin ərzaq və ya dərman almağa pulu yoxdursa, o zaman ona Koronavirusla Mübarizəyə Dövlət Dəstəyi Fondundan yardım edilir”.
Çinin vaksinlərindən biz də alacağıq?
Son günlər virusla mübarizə aparmağın ən effektiv iki yolu -sərt karantin rejiminin və vaksinlərin tətbiqinin olduğu bildirilir. Artıq dekabrın 14-dən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq ediləcək. Bəs vaksin alınacaqmı?
Yada salaq ki, Türkiyə Çində istehsal olunan “Sinovac” peyvəndindən 50 milyon doza sifariş edib. Vaksin Türkiyədə könüllülük əsasında, pulsuz vurulacaq.
Ədalət həkim bununla bağlı bildirdi ki, vaksinlərin alınması üçün Ümumdünya Səhiyyə Təşkilatının icazəsi olmalıdır: "İcazəsiz onu almaq, tətbiq etmək Azərbaycan qanunlarına ziddir. Hazırda əksər ölkələr Çində istehsal olunan "Biontech", "Pfizer" vaksinlərini alıblar. Hələlik qəti qərar yoxdur. Bizdə də bundan istifadə olunub-olunmayacağı məlum deyil.
Ümumiyyətlə, vaksinlərə çox ümid bəsləmək lazım deyil. Çinin təcrübəsindən yararlanmaq lazımdır. Orada olduğu kimi, dövlət və insanlar arasında nizam-intizam yaratmaq lazımdır. 2 milyard əhalisi olan Çində 90 min adam yoluxdu. 20 milyonluq əhalisi olan Azərbaycanda isə artıq 150 min adam koronavirusa yoluxub”.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu İsraildə COVID-19 qarşı peyvəndləşmənin 27 dekabrda başlayacağını bildirib. O, gündəlik 60.000 peyvənd vurulacağını deyib.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2020, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2020, 18:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti