reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qolu kəsilən qazimiz həkimlərdən nə xahiş edib?

reklam

Qolu kəsilən qazimiz həkimlərdən nə xahiş edib?


Vətən Müharibəsi Azərbaycan xalqının öz torpaqlarının azadlığı üçün ölmək və düşməni öldürmək üçün heç bir tərəddüd etmədiyini ortaya qoydu. Ölkəmizin hər bir fərdi öz qəhrəmanlığını ortaya qoydu. Belə şəxslərdən biri də döyüşlərdə bir qolunu itirən qazi Sahil Həsənli oldu. O, öz adını xalqın qəlbinə Şuşanın azadlığı günü hospital pəncərəsindən bu yazıya verdiyimiz baş fotodakı görüntü ilə yazdı.

Bir qolunu itirməsinə baxmayaraq, S. Həsənli müharibə davam etdiyi vaxt yenidən cəbhəyə qayıtmaq üçün israr edib. Bunu “Yeni Sabah”a açıqlamasında Vətən Müharibəsi dövründə Ağcabədi Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə rəhbərlik etmiş həkim Əkbər Məmmədov deyib. O, S. Həsənlinin ağır vəziyyətdə xəstəxanaya gətirildiyini deyir.

Bildirir ki, Sahilin qolu elə Ağcabədidə amputasiya olundu. Və sonradan müalicə üçün Bakıya göndərildi.

Qazimiz bir qolunun amputasiya olmasına baxmayaraq, cəbhəyə qayıtmaq üçün israr edib. Hətta həkimlərrdən xahiş edib ki, onun üzərinə qumbaralar bağlasınlar və canlı bomba olsun: “Mənə deyirdi ki, “Doktor, tez məni göndər, cəbhəyə getmək istəyirəm”. Bunun mümkünsüz olduğunu başa salırdım. Mənə cavabında, “özümə bomba bağlayıb, ermənilərin üstə gedəcəm, heç olmasa, 8-10 erməni öldürərəm”…







Paylaş:


Müəllif : Tarix:
11-12-2020, 09:05
Sikayət   


loading...
Загрузка...