Şəhidimizin ailəsinə yazdığı son məktub
“Canım atam, anam, bacım...
21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burada. Əgər şəhid olsam, haqqınızı halal edin. Heç vaxt pis olmayın, başınızı dik tutun. İnşallah, cənnətdə görüşərik”.
Bu sözlər Lənkəran rayonunun Balıqçılar qəsəbəsindən olan 24 yaşlı şəhid Kamran Vəlizadənin ailəsinə yazdığı son məktubundandır.
Şəhidin dostu Səmral Əşrəfzadənin bildirdiyinə görə, o, Qubadlı uğrunda döyüşlərdə oktyabrın 23-də şəhid olub:
“Ailəsi ilə sonuncu dəfə oktyabrın 20-də telefonla danışıb. Bir müddətdən sonra telefonla əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri narahat olduğuna görə, onu tanışlar, döyüş yoldaşları vasitəsilə axtarmağa başlayıblar. Yalnız noyabrın 10-da Kamranın cansız bədəni əmisi tərəfindən tanınaraq tapılıb.
Həmişə öz ehtiyatı ilə seçilən Kamran ölüm anında da özünə sadiq olub. Ömrünün son anlarında ailəsinə məktub yazıb. Məktubda anasına, atasına müraciət edib. Yazdığından belə məlum olur ki, o, oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərin birində ayağından yaralanıb. Döyüş yoldaşlarının çoxu şəhid olub. Özü isə iki gün yaralı qalıb. Çoxlu qan itirən Kamran şəhid olub”.
Dostu qeyd edib ki, Kamran Vəlizadə hərbi xidmətdə olarkən də nümunəvi əsgər olub. Xidmət etdiyi dövrdə qüsursuz xidmətə görə doqquz dəfə fərqlənmə diplomu alıb. Hərbi xidmətdə atıcı ixtisasına yiyələnib. Müharibənin ilk günlərindən ordu sıralarına qatılıb.
Kamran Vəlizadə ADSNU-nun Energetika fakültəsini bitirib. “Azərenerji” ASC-də imtahandan uğurla keçərək Bakı İstilik Elektrik Mərkəzində işə düzəlib. Lakin bu işdə cəmi iki həftə işləyə bilib, müharibə başladığından ön cəbhəyə yollanıb.
Şəhid qəhrəman doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2020, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-12-2020, 11:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01