“Ərdoğan Putindən müsbət cavab alıb” - Politoloq
“Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat konfransında söylədikləri 6 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır”.
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə qalibdirlər və qalib kimi böyüklük göstərib Ermənistana əl uzadırlar. Onun fikrincə, Ermənistana təklif edilir ki, bu iki ölkəyə qarşı ərazi iddiasından əl çəksin, əməkdaşlıq formatına qatılsın:
“Ermənistan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin hansı qərar verəcəyini söyləmək çətindir. Çünki, bu millət arxadan zərbə vurmaqda mahirdir. Doğrudur, Ermənistanda müharibədən sonra “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar” səsləri eşidilməyə başlayıb. Ancaq hələ ki, erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Məni təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox Gürcüstanın hansı qərar verəcəyi düşündürür. Əməkdaşlıq formatında 4 ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Ermənistanla yanaşı Gürcüstan da sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğala göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir”.
Politoloqun qənaətincə, Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Təyyub Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır:
“Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format (Türkiyə, Azərbaycan, Rusiya və İran) əsasında əməkdaşlıq formatı yaratması – ortaq layihələr reallaşdırması mümkündür. Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2020, 13:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-12-2020, 13:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01