Zibil atmaq üçün icazə tələb olunmur - Rəsmi
Daxili İşlər Nazirliyi dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə almaq tələb olunmur: “Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır”.
Həmçinin, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.
“İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, 8103 nömrəsinə SMS göndərməklə və “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alan şəxslərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətinə icazə verilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2020, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2020, 11:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:17
Cüdoçularımız Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazandılar - Fotolar
Dünən, 11:18
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
25-01-2025, 14:03
Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır
24-01-2025, 11:02
Səhiyyə Nazirliyinin əməkdaşları “Laser Beauty Estetik Klinikası”nda müqavimətlə üzləşdi
24-01-2025, 10:50
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24-01-2025, 08:57