reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yerevanda aeroportun yolunu kəsdilər

reklam

Yerevanda aeroportun yolunu kəsdilər


Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları Yerevanda bir neçə dəqiqə ərzində “Zvartnos” aeroportu ərazidə dörd yolayrıcından birini bağlayıblar.

Bu barədə “Sputnik Armenia” xəbər verir.

Etirazçılar polisə onlara aksiyanın keçirilməsi üçün beş dəqiqə vaxt verməyi xahiş ediblər, onlar yolun bir hissəsini tərk ediblər, bundan sonra yolda hərəkət bərpa olunub. İştirakçılardan biri bildirib ki, etiraz aksiyaları Paşinyan və onun bütün komandasının istefasına qədər davam edəcək.

Yerevanda müxalifətin aksiyaları Paşinyanın Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalaması səbəbindən davam etdirilir. Nazirlər Kabinetinin başçısının vəzifədən getməsini tələb edən müxalifət qüvvələri baş nazir vəzifəsinə ölkə hökumətinin keçmiş rəhbəri Vazqen Manukyanın namizədliyini irəli sürüb.


Paylaş:


Müəllif : Tarix:
13-12-2020, 18:48
Sikayət   


loading...
Загрузка...