İcra başçısı beynəlxalq qurumun prezidenti ola bilmədi
Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilməyib.
Onlayn-formatda keçirilmiş seçkidə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov qalib gəlib. O, 57,3 faiz səs toplayıb. Hollandiyalı Boris van der Vorst (30 faiz) ikinci, AIBA prezidenti səlahiyyətlərini icra edən mərakeşli Məhəmməd Mustasan (12,67 faiz) üçüncü yeri tutub.
Mikayılov və Anas əl-Otaiba (BƏƏ) səs toplaya bilməyib. Dominqo Solano (Dominikan Respublikası) və Rami əl-Məsri (Almaniya) isə namizədliklərini geri götürüb.
Kremlyov yeni vəzifədə ilkin vəzifəsinin AIBA-nın bir neçə milyon dollarlıq borclarını yaxın altı ay ərzində bağlamaqdan ibarət olduğunu bildirib. O, həmçinin qarşıdakı iki il müddətində ali boks qurumunun bərpası və inkişafı üçün 50 milyon ABŞ dolları cəlb etməyi hədəflədiklərini vurğulayıb.
Qeyd edək ki, Umar Kremlyovun 38 yaşı var. O, Rusiya Boks Federasiyasının baş katibi vəzifəsinə 2017-ci ildə seçilib. Kremlyov həmçinin Avropa Boks Konfederasiyasının I vitse-prezidentidir. /Fanat.az
Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2020, 19:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-12-2020, 19:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti