PENTAQONA CALAŞAN YENİ DÜNYA TİRYƏK MAFİYASI: Amerika Əfqanıstana girəndən bu ölkədə tiryək istehsalı 4 dəfədən çox artıb - Araşdırma
Aleksandr Sıtnikov
Svobodnaya pressa, 12.05.2019
London iqtisadi və siyasi elmlər məktəbi “Gəlirlərin inkarı, yoxsa pul xərcləmək? Əfqanıstanda “narkotiklər laboratoriyası”na qarşı hava kampaniyasının təsirinin dəyərləndirilməsi” məruzəsini dərc edib. Məruzənin müəllifi puştunların ölkəsində 23 il boyunca kənd yaşayışını və xaş-xaş becərməyi araşdıran baş elmi işçi Devid Mensfilddir. Alim qəribə nəticələr çıxarıb: ABŞ HHQ 2018-ci ildə tiryək sahələrinin havadan məhvi üçün “Sarsılmaz tufan” əməliyyatı keçirərək qoyulan məqsədə bilərəkdən nail olmayıb. Bununla yanaşı, amerikalılar öncül xəritəçəkmə texnologiyaları, sputnik təsvirlərinin coğrafi yer analizi və mütəxəssislərin məruzələri hesabına dəqiq məlumata malik idilər.
“Bu, qəribə idi, – Mensfild deyir. – Mən Böyük Britaniyada, Əfqanıstanda üç min mildən çox uzaqda idim və bu inanılmaz hücumları seyr edirdim. Amerikalıların işlətdikləritexnologiyalar heyranlıq doğururdu. Sanki bu bombalar tam dəqiqliklə gedirdi, amma mən, sadəcə, düşünürdüm: “məgər bunlar hədəfdir?”
Onun sözlərinə görə, ABŞ HHQ nəyi istəsən, məhv ediblər, amma təkcə tiryək sahələrini və narkotiklərin istehsalı üçün laboratoriyaları deyil, lakin həm birinci, həm də ikinci Mərkəzi Komandanlığa bəlli idi.
Alim sarsılmışdı: hər gün itirilən 1,5 milyon $-a baxmayaraq, ABŞ HHQ tiryək biznesinə heç bir dəxli olmayan gildən tikilmiş daxmaları bombalayıb. Bununla belə, amerikalılar bildiriblər ki, təyyarələri gəliri 200 milyon $ dəyərləndirilən narkotik istehsalı üçün mərkəzləri məhv edib.
Bəlli olduğu kimi, Əfqanıstan heroinindən gəlirlər Taliban, İŞİD və “əl-Qaidə” kimi terrorçu qrupların birbaşa maliyyələşməsinə gedir. O biri yandan, xaş-xaş və marixuana yetişdirən kəndlilər, habelə bunun emalı üzrə kəndin bacarıqlı işçiləri tam açıqca təmasa girir və nə ilə uğraşdıqlarını gizlətmirlər. Şərqi Əfqanıstanda istənilən kəndə girərək qurudulmuş tiryəkdən çəkisi 1,2 kq-a yaxın çakayı (tortu), cənubda isə 12 kq-lıq polietilen kisələrdə tiryəki lap açıq almaq olar.
“Mən Məzari-Şərifin beynəlxalq aeroportundan maşınla cəmi yarım saat gedəndən sonra yolun qırağında dayandım və zəmidə tiyək xaşxaşının minlərlə yumru qozasını gördüm, – Mensfild danışır. – Özünü Tasa Meyer adlandıran kəndli AK-47-li adamın mühafizəsində özünü tam sərbəst hiss edirdi. O mənə dedi: qorxma, bizim adamdır”. Əfqanıstan cinayətində özəlliklə Gilmənd, Daykundi, Zabul, Qəndəhar və Uruzqan əyalətlərində marixuananın xaşxaşla kütləvi şəkildə əvəzlənməsi gedir, amma bunda bəlli qazanc yoxdur. Deməli, marixuana qatranından gəlir bir hektardan, haradasa, 8100 $ təşkil edir ki, bu da tiryək istehsalından bir qədər azdır – hər hektardan 10 700 $.
Təəssürat belədir ki, yuxarıdan kimsə Əfqanıstanın ölümcül narkotikinin həcmi üzərinə sərt planlar göndərir. Xaşxaş tiryəkinin istehsal həcmi hərfi mənada bir neçə ildə 63% çoxalıb.
Amerikalılar “Sarsılmaz tufan” əməliyyatına başlayaraq bildiriblər ki, işlərin bu durumu ilə barışmaq olmaz və onların zərbələri Talibanı, “əl-Qaidə”ni qanunsuz gəlirlərdən edəcək – döyüşçülərin neft satdıqları Suriyada edildiyi kimi. Amma paradoks bundan ibarətdir ki, SƏR-də karbohidrogenlərlə qanunsuz alver Rusiyanın əməliyyatına qədər çiçəklənib və yalnız RF HKQ təyyarələrinin zərbələri terrorçuların maliyyələşməsinə nöqtə qoyub.
Buna baxmayaraq, Vaşinqtona müntəzəm raportlar göndərilib ki, neft satışı üzrə kanalları məhv edirlər. KağIz üzərində hər şey düz idi: təyyarəçilərlə müsahibələr, videodəlillər, bombardmana qədərki və sonrakı fotoşəkillər. Və budur, “Sarsılmaz tufan”ın nəticələri haqda, demək olar, eyni məruzə hətta bunu yoxlamağa başlamayan Pentaqon rəhbərliyinin masasına qoyulub.
Özəl qeyd edək ki, BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsi 2017-ci ilin noyabrında bu əməliyyat ərəfəsində sarsıdıcı rəqəmlərdən xəbər verib: Əfqanıstanda Amerika işğalının 15 ili boyunca tiryək istehsalı dörd dəfədən çox artıb. 2001-ci ilin oktaybrında, təxminən, 74 000 hektar ərazidə tiryək əkilirdisə, bizim günlərdə 328 min hektar ərazidə əkilir. Tiryək şirəsini Sem dayının gəlişinə qədər qurudub Əfqanıstandan yapışqan halında qaçaqmal kimi artıq başqa ölkələrə təmizləməyə daşıyırdılarsa, bu gün Əfqanıstan tiryəkinin yarıdan çoxu birbaşa əkin yerində ya morfiyə, ya da heroinə emal olunur.
BBC qeyd edir: “Bu, qaçaqmalçılığı asanlaşdırıb, habelə narkotik alverçiləri və hesab edildiyi kimi, gəlirdən 20%-ə yaxın “vergi” alan taliblərin gəlirini xeyli artırıb”.
Maraqlısı nədir: “Sarsılmaz tufan” əməliyyatı 2 milyon amerikalının heroin narkomanı olduğu, artıq dozadan ölümün isə YNH və odlu silah zorakılığını üstələdiyi səbəbindən ictimai səhiyyə sahəsində fövqəladə durumun tətbiqinə paralel start götürüb.
Əfqanıstan heroininin bu gün dünyada “ağır narkotik”in xeyli hissəsini təşkil etdiyinə baxmayaraq, ABŞ-da o qədər də çox deyil – bir neçə faizdir. Hüquq-mühafizə qurumlarının dəyərləndirdiyinə görə, Birləşmiş Ştatlar ərazisində əsasən Latın Amerikasının heroin və morfisi satılır. Bununla belə, Qəndəhar və Uruzqanın ölümcül zəhəri “dünyanın ən yaxşı ölkəsi”ndə də var, amma bu, logistikaca mənasızdır. Deməli, kimsə “zəhrimarı” təyyarələrlə daşıyaraq tədarükə görə faktiki pul ödəmir.
Hətta Kolumbiya və Meksikadan tədarüklərdə kəsinti olarkən Əfqanıstan tiryəki ABŞ-da heroin və morfinin qiymət artımının qabağını alır. Çox oxşayır ki, kimsə bu hallarda da qıtlığa operativ reaksiya verir və bu “kimsə” təkcə nəqliyyat təyyarələrinə deyil, həm də sərhəddə “yaşıl dəhliz”ə malikdir.
Lakin burası da var ki, Əfqanıstan narkotiklərinin əsas axını Avropa, Rusiya (əsasən, Moskvaya) və Kanadaya gedir. Taliblərin nəzarəti ilə istehsal edilən tiryəkin 95%-i bu dövlətlərin payına düşür.
“Sarsılmaz tufan” əməliyyatının hər halda niyə iflasa uğradığı və dünyada narkotik ticarətinin çoxalmasının arxasında kimin durduğu sualının, şübhəsiz, ümimi cavabı var. ABŞ HHQ ən yüksək zabitlərinin hansı aviasiya və texnikanı işlətdiklərinə baxılsa, onda çox şey aydın olar. HHM-in ümumiyyətlə olmadığı ölkədə B-52 strateji bombardmançılarını və F-22 Raptor görünməz təyyarələri boş hədəflərə bomba zərbələri vurmağa göndəriblər. M142 raket qurğularından da zərbələr endirilib. Məlumat üçün, F-22-nin bir saat uçuşu 35 min $-a oturur ki, bu da A-10 Thunderbolt hücum təyyarəsinin istismarından, demək olar, 70 dəfə bahadır. Özü də tiryək zəmilərinin məhv edilməsi üçün ikincinin effekti “görünməz”dən 5-7 dəfə yuxarıdır.
Şübhə etməmək olar ki, pullar bilərəkdən “yandırılıb” ki, məqsədə yetişmədən “Sarsılmaz tufan” əməliyyatının bütün büdcəsi alınsın.
Bütün bunlar yekunda güman etməyə əsas verir ki, bu gün Əfqanıstanda Pentaqonun ən yüksək kabinetlərinə calaşan və baş hədəfi tiryək zəmilərinin məhvi deyil, ölümsaçan “zəhrimar”ın o cümlədən ölkəmizə tədarükü olan yeni mafiya formalaşıb.
Tərcümə Strateq.az-ındır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-05-2019, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-05-2019, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09