Qarabağ nişanı ilə geyim markası ərsəyə gətirilib - FOTO
“Davam” Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyədə “BLACKGARDEN” adlı start-up geyim markası fəaliyyət göstərməyə başlayıb.
Bu markanın özəlliyi ondan ibarətdir ki, istehsal olunan məhsulların üzərində Azərbaycan həqiqətləri yer alacaq. İlk istehsal olunan isti geyimlər tam təmənnasız olaraq artıq Bakıya göndərilib.
“BLACKGARDEN” start-up markasının fəaliyyətə başlaması üçün ilkin investisiya markanın həmtəsisçiləri, Azərbaycana böyük sevgi bəsləyən, “Davam” Gənclər Hərəkatının dostları Yusuf Sivri, Ezgi Ayda, Ahmet Donan və Ahmet Alican Arslan tərəfindən qoyulub. Yaxın günlərdə bu isti geyimlər Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin mülki vətəndaşlarına qarşı törətdiyi hərbi cinayət və terror aktları nəticəsində Gəncə şəhəri, Bərdə və Tərtər rayonlarında evləri dağılmış soydaşlarımıza çatdırılacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-12-2020, 19:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-12-2020, 19:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti