Standartlaşdırma üzrə dövlət fondu yaradılıb
Nazirlər Kabineti “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası”nı təsdiq edib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qaydada milli standartlaşdırma qurumu tərəfindən idarə olunan dövlət fonduna daxil edilmiş dövlət standartlarının, texniki şərtlərin, standartlaşdırma üzrə beynəlxalq standartların və onların tətbiqi qaydalarının prosedurları tənzimlənir.
Dövlət fondu standartlaşdırma üzrə normativ sənədlərdən istifadə edən və bu sahədə normativ sənəd hazırlayan dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətinin səmərəliliyini yüksəldəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-12-2020, 23:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-12-2020, 23:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti