“Aptekdə dərman tapılmır, əlaltından baha satılır" - “Qara bazar”
Dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar bir sıra dərman vasitələrinə tələbat artıb. Son zamanlar yoluxma sayının kütləvi şəkildə artması apteklərdə ya dərmanların yoxa çıxmasına, ya da baha qiymətinə satılmasına səbəb olub. Mövcud durum əhali arasında ciddi narazılıqlar yaradır. Vətəndaşlar iddia edirlər ki, əvvəllər əldə etdikləri dərmanları indi baha qiymətlə alırlar.
Təbii ki, dərmanların sayında müəyyən azalmalar və süni qiymət artımı tələbatın çoxalması ilə əlaqəlidir. Virusun ikinci dalğasının olacağına dair öncədən xəbərdarlıqlar edilirdi. Belə olan halda isə qabaqlayıcı tədbirlərin görülməsi lazım idi. Lakin nəticə göz önündədir: Apteklərdə qiymətlər bahadır, ya da ümumiyyətlə dərmanları tapmaq mümkün deyil...
Mövcud durumla əlaqədar fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkəmizdə dərman qiymətlərinin molekullar üzrə tənzimlənməsinə uzun zamandır ki, keçid edilib. Molekullar və istehsalçı ölkələrin qiymət siyasətinə uyğun olaraq apteklərimizdə yarı tənzimlənmə olmalı idi:
“Dövlət bir neçə il öncə bununla bağlı müəyyən qərarlar verib. Lakin görünən odur ki, virusla müalicədə effektiv olan dərmanlara tələbatın artımı müşahidə edilən kimi dərmanlar ya apteklərdən yoxa çıxır, ya baha qiymətə, ya da əlaltından satılır. Bu da haqlı narazılıqlara səbəb olur. Təəssüf ki, ölkəmizlə virusa yoluxanların sayı artmaq üzrədir. Dərman qiymətlərinin bahalaşmasına səbəb də tələbatın artmasıdır”.
İqtisadçı hesab edir ki, dərman qiymətləri ilə bağlı problemlərin olmaması üçün dövlət öncədən tədbirlər görməli idi:
“İkinci dalğanın olacağı ehtimalı öncədən müzakirə olunurdu. Bir çox mütəxəssislər də xəbərdarlıqlar edirdilər. Bu duruma hazırlıqlı olmaq lazım idi. Məsələn dərmanların ölkəyə gətirilməsində gömrük rüsumları və müəyyən gecikmələrlə bağlı maneələr aradan qaldırılmalı idi.
Ümumiyyətlə, rüsumları bir müddət sıfırlamaq gərəkirdi. Heç olmasa, rüsumların sıfırlanması hesabına həm qiymətləri tənzimləmək mümkün olardı, həm də dərmanların sayında müəyyən bolluq yarana bilərdi.
Təəssüf ki, bu məsələlər həll olunmadı deyə belə problemlərlə üz-üzə qaldıq. Həm qiymətlər bahadır, həm də kifayət qədər qıtlıq var”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2020, 08:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2020, 08:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01