Güzəştli mənzillərin satışına başlanılır: - enə razılar və narazılar meydana çıxacaq
Dekabr ayının 18-i saat 11:00-dan 28 dekabr 11:00-dək Suraxanı rayonu Hövsan Yaşayış Kompleksindən 501 mənzil elektron qaydada satışa çıxarılacaq. Mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bu mənzillər güzəştli şərtlərlə, əvvəlcədən müəyyən olunmuş qaydalar əsasında və müəyyən qrup insan tərəfindən seçilə bilər.
Buraya qədər hər şey qaydasında görünür, bu xəbər bir çox insan üçün hələ də ümid yeridir. İllərdir kirayədə qalan, “kiçik bir evim olsun, amma bilim ki, özümünküdür” deyən və yaxud da çox şəraitsiz evlərdə yaşayan minlərlə insanımız var ki, “Sosial mənzillər” və yaxud da “Güzəştli mənzillər” adlandırılan bu layihədən faydalanacaqlarına ümid edirlər.
Lakin layihə başlayandan bəri yaşanan problemlər çox insanın bununla bağlı ümidlərini puça çıxardı. Doğrudur, bu layihədən ev alan, hazırda yaşayan, məmnun olan insanlar da var. Lakin layihədən yararlana bilməyən insanların şikayətlərindən məlum olur ki, seçim onlayn formada aparılsa da, rəqabətdə bərabərliyi təmin etmək, eləcə də bəzi hallarda seçimlə bağlı şəffaflığa nail olmaqda ciddi problemlər yaşanır.
Həmçinin, mənzillərin satış qiyməti, layihədən yararlana biləcək kateqoriyaya daxil olanlarla bağlı da narazılıqlar səslənir. Vətəndaşlar hesab edirlər ki, şərtlər müəyyənləşdirilərkən maddi imkanı aşağı olan hər bir kəsin bu layihədən faydalana bilməsi nəzərə alınmalı, qiymətlər də indikindən aşağı olmalı idi. Bu cür düşünənlər arasında “Güzəştli mənzillər”in təqdim olunduğu qiymətə Bakının hər hansısa kəndindən torpaq alıb, ürəyi istədiyi kimi ev tikdirə biləcəyini hesab edənlər də var. Onlar bu qənaətdədirlər ki, təqdim olunan mənzillərin qiymətləri mövcud ərazi üzrə mənzil qiymətləri ilə müqayisədə ucuz olsa da, bu qiymətlər ədalətli deyil, çünki mənzillərə çəkilən xərclər nəzərə aldındıqda, satış qiymətlərinin daha ucuz olmasına imkan yaranmış olur.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı AYNA-ya açıqlamasında, təqdim olunan qiymətləri müvafiq şərtlər daxilində normal hesab etdiyini deyib: “Birincisi, vətəndaş Bakının hər hansı bir kəndində torpaq almaq və ev tikmək üçün əlində müəyyən qədər nağd vəsait olmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu, dövlətin dəstəyi ilə həyata keçirilən və müəyyən kateqoriyadan olan şəxslərin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihədir. Aparılan monitorinqlər göstərir ki, layihələrin həyata keçirildiyi ərazilərdə vətəndaşalara təqdim olunan mənzillər ərazi üzrə mənzillərin bazar dəyərindən aşağıdır”.
“Məsələn, Yeni Yasamal ərazisində tam təmirsiz mənzillərin kvadratmetri, minimum 800-900 manatdan başlayır. Və bu rəqəmlər 1100-1150 manata qədər dəyişir. Biz nəzərə alsaq ki, buraya təmir xərclərini də əlavə etməliyik, bu zaman kifayət qədər böyük bir rəqəm alınacaq. Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan təmirli mənzillərin bir kvadratmetrinin orta bazar qiyməti müvafiq ərazi üzrə satışa çıxarılan mənzillərin qiymətindən təqribən 200-350 manat aşağıdır. Həmin mənzillər bütün infrastrukturla təmin olunur və çıxarış (kupça) verilir”, - müsahibimiz bildirib.
Ekspert əlavə edib ki, bu layihəni MİDA özü birbaşa icra etmir, podratçı şirkətlər vasitəsilə həyata keçirir: “Nəzərə almaq lazımdır ki, MİDA özü birbaşa layihəni icra etmir. Podratçılar cəlb olunur, bu dövlət satınalması – tender yolu ilə həyata keçirilir. Və satınalma rəqəmləri də kifayət qədər açıqdır. Bu gün Azərbaycanın daşınmaz əmlak, mənzil bazarında müvafiq şərtləri – tikintiyə icazələrin alınmasından tutmuş digər məsələlər də daxil olmaqla - nəzərdən keçirdiyimizdə, MİDA-nın həyata keçirdiyi tenderlərdə qeyd olunan qiymətlər, əslində kifayət qədər normal qiymətlərdir”.
“Həmçinin nəzərə alaq ki, Azərbaycanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə nəzarət edən qurum kimi qaydalarında konseptləşmələr aşağı salınır. Konseptlər aşağı salındıqca tikinti xərcləri artır. Və podratçı şirkətlər bu gün qanunvericiliyə uyğun olaraq vergi ödəyir, tikinti və digər xərcləri var. MİDA-nın həyata keçirdiyi layihə podratçı şirkətlər vasitəsilə həyata keçirilir və istənilən vətəndaş həmin tikinti şirkətlərinin bu və digər ərazilərdə apardığı tikintilər üzrə bazara təqdim etdiyi təmirsiz mənzillərin qiymətlərini araşdırıb nəticə çıxara bilər”, - Osmanlı vurğulayıb.
Layihədən faydalana biləcək biləcək kateqoriyalarla bağlı narazı fikirlərə qaldıqda isə ekspert belə cavab verib: “Mən dəfələrlə təkrar eləmişəm ki, layihədən faydalana biləcək şəxslərin daxil olduğu kateqoriyalar artırılmalıdır”.
Məlahət İbrahimqızı: Azərbaycan dünya üçün nümunədir - İki sahil
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı da “Güzəştli mənzil” layihəsinin vətəndaşlar üçün sərfəli olduğunu düşünür. “Bir neçə ilə yaxındır ki, ölkəmizdə MİDA tərəfindən sosial evlərin satışı həyata keçirilir və bu, cəmiyyətdə birmənalı olaraq yüksək səviyyədə qarşılanır. Bu, müəyyən kateqorilayalara aid olan bir mənzil satışıdır. Burada çox yüksək imtiyazlar var, yüksək keyfiyyətlə tikilən mənzillərdir. Möhtərəm Prezidentimiz və Birinci vitse-prezidentimiz bütün açılışlarda iştirak edir, mənzillər bir-bir nəzarətdən keçirilir. MİDA-dan ev alan hər bir Azərbaycan vətəndaşı öz məmnunluğunu ifadə edir. Bugünlərdə də ənənəvi olaraq yeni mənzillər satışa çıxarılacaq”, - deyə o, AYNA-ya söyləyib.
Deputat hesab edir ki, İkinci Qarabağ müharibəsinin iştirakçıları da güzəştli mənzillərin alışında iştirak edə biləcək kateqoriyalara əlavə edilməlidir: “Sosial mənzillərin alışında iştirak edən kateqoriyalarda elm işçiləri, gənc ailələr, hərbçilər, şəhid ailələri var. Baxmayaraq ki, şəhid ailələri, hərbi qulluqçular, Birinci Qarabağ müharibəsi iştirakçıları dövlət tərəfindən mənzillə təmin olunurdular, lakin onların ailə üzvləri də sosial mənzillərin alışında iştirak edə bilirlər. Sevinci, xoşbəxtlik duyğuları 440 ilə sığışmayan bir 44 günlük müharibəni zəfərlə başa çatdırdıq. Və bu zəfəri bizə qismət edən hərbçilərimiz, şəhid ailələrimiz, qazilərimiz, əsgərlərimiz var”.
“Bütövlükdə bu Vətən müharibəsində iştirak edənlərin də gələcəkdə xüsusi imtiyazlara malik olması çox vacibdir. Mən düşünürəm və inanıram ki, MİDA yaxın gələcəkdə bunu da nəzərə alacaq. İkinci Qarabağ savaşının hər bir iştirakçısı bir qəhrəmandır. Ona görə Vətən müharibəsində iştirak etmiş əsgər, sürücü, sanitardan tutmuş hər kəsə güzəştli mənzillər layihəsində iştirak etmək imkanı yaradılmalı, kateqoriyalar arasına onlar da daxil edilməlidir. Mən inanıram ki, bu, belə də olacaq, onlar da dövlətimizin bu imtiyazlarından, sosial qayğısından yararlanacaqlar”, - İbrahimqızı vurğulayıb.
Qeyd edək ki, güzəştli məzillərin onlayn satışı zamanı rəqabətdə uduzmaq istəməyənlər üçün, müəyyən məbləğ qarşılığında seçim edən şəxslər də var. Sosial mediada apardığımız müşahidələrdən bəlli oldu ki, artıq Suraxanı rayonu Hövsan Yaşayış Kompleksində satışa çıxarılacaq mənzillərin alışında da “köməyini” təklif edən belə şəxslər var. Bu “köməklik” qarşılığında alınan məbləğə qaldıqda isə, bu, alıcının seçmək istədiyi mənzilin otaq sayından, yerləşdiyi blokdan asılı olaraq dəyişir.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2020, 17:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2020, 17:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09