Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyadan ekstradisiya olundu
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində iki ölkə ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü qarşılıqlı ekstradisiya edilmələri barədə sorğular edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ağayev Ağadadaş Valeh oğlunun - 01.01.2018-ci il tarixində özgənin əmlakını ələ keçirmək məqsədi ilə talama cinayətini törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin İrkutsk şəhər, Sverdlovsk rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Rusiya Federasiyası vətəndaşı Tağıyev Münakif Raqub oğlunun - 2014-cü ilin may ayında qeyri-rəsmi münasibətdə olduğu Burkova Natalia Vladimirovna ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində bıçaqla sonuncuya zərbə vurarmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun qarşılıqlı sorğuları təmin edilməklə Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-12-2020, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-12-2020, 11:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti