YENİLMƏZ VƏTƏN OĞLU ŞƏHİD KƏŞFİYYATÇIMIZ... - Vətənə əmanət iki övlad qoydu + VİDEO
44 günlük Vətən Müharibəsi yüzlərlə qəhrəman oğullarımızı tanıtdı bizə. Belə igidlərdən biri də şəhid gizirimiz Azad Yolçuyevdir.
Azad Yolçuyev Ağstafa rayonunun Kolayr kəndində anadan olub. Uşaqlıqdan idmana və hərbə böyük maraq göstərən qəhrəmanımız hərbi xidmətdən sonra təhsilini artırır və gizir kimi xidmətini davam etdirir.
Vətən Müharibəsi başlayanda hamı kimi, o da döyüşlərə qatılır. Kəşfiyyat bölüyündə xidmət aparır. Şərəfli döyüş yolu Murov silsiləsindən başlayaraq Füzuli, Hadrut, Cəbrayıl, Kəlbəcərə kimi uzanır. Sonuncu dəfə Şuşa döyüşlərinə gedərkən anası Ofelya xanıma Xarı bülbülün vətəninə getdiyini bildirir.
A.Yolçuyev döyüşlərin birində ayağından yaralanır və xəstəxanaya gətirilir. Lakin tam sağalmadan yenidən ön cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdır.
A.Yolçuyev də düşmən üzərinə gözqırpmadan yürüyən igidlərimizdən olub. Anası ona ehtiyatlı olmağı deyəndə isə cavabı “Şəhid generallarımızdan artıq deyiləm” olub.
A.Yolçuyev hərbi xidmətdə olduğu müddətdə bir çox uğurlara imza atıb. Nümunəvi xidmətinə görə medalla təltif edilib. Şəhidimiz özündən sonra hünər dolu ad-san və vətənə əmanət iki övlad qoydu.
Daha ətraflı Baku TV-nin videoreportajında:
Paylaş:
Müəllif : Fuad
Tarix:18-12-2020, 22:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-12-2020, 22:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti