Deputat Sahil Babayevin nöqsanlarından danışdı - "DOST-da ciddi çatışmazlıqlar gördüm..."
DOST mərkəzində işin təşkili məndə olduqca xoş təəssürat yaratdı. Bununla belə mərkəzin fəaliyyətində ciddi çatışmazlıq gördüm.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Feysbuk səhifəsində açdığı canlı yayım zamanı yeni istifadəyə verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzi ilə bağlı danışarkən deyib.
Deputat qeyd edib ki, mərkəzin hansı formada fəaliyyət göstərdiyini öyrənmək üçün adi vətəndaş kimi ora yollanıb:
“Mərkəzdə hər şey olduqca yüksək səviyyədədir. İşçilərin peşəkarlığı və işə hazırlığı hiss olunurdu. Könüllülərin də öz işlərinə yaxşı yiyələndikləri nəzərə çarpırdı. Mərkəzin ilk iş günü mən ora getdim və artıq 36 adama xidmət göstərilmişdi.
DOST mərkəzində işin yüksək səviyyədə təşkil edildiyi hiss olunur. Ancaq bildirməliyəm ki, mərkəzin fəaliyyətində ciddi çatışmazlıqlar da var”.
A.Mirzəzadə çatışmazlıqların nədən ibarət olduğunu bildirməyib. Lakin bu barədə aidiyyəti quruma məlumat verdiyini qeyd edib:
“Mən bu çatışmazlığın nədən ibarət olduğunu hələlik demək istəmirəm. İstədiyim sadəcə budur ki, bu mərkəz cəmiyyətə, vətəndaşa həqiqətən dost olsun. Gördüyüm çatışmazlıq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına bildirdim və qeyd etdim ki, həmin çatışmazlıq aradan qaldırılsa, daha gözəl olar. Ümid edirəm ki, mənim müraciətim nəzərə alınacaq.
Cənab Prezidentin onların qarşısında qoyduğu vəzifəni yüksək səviyyədə yerinə yetirməsini istəyirəm. DOST mərkəzinin də ən az ASAN xidmət kimi sevilən və yüksək səviyyədə xidmət verən bir qurum olmasını arzu edirəm.
Mən həmçinin onu da bildirmək istəyirəm ki, DOST mərkəzinin yaranması yeni Azərbaycan brendinin meydana gəlməsi deməkdir. Yəni artıq bununla vətəndaşlarla dövlət arasında məmurun iştirakı aradan götürülür”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-05-2019, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-05-2019, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29