reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Atamla hələ görüşə bilməmişik” - Dilqəm Əsgərovun oğlu

reklam

“Atamla hələ görüşə bilməmişik” - Dilqəm Əsgərovun oğlu


“Atamla hələ görüşə bilməmişik, yalnız iki dəfə telefonla danışmışıq”.

Bunu Azvision.az -a girovluqdan azad edilərək Vətənə gətirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, atası ilə danışarkən hər şeyin normal olduğunu, özünü yaxşı hiss etdiyini deyib.
“Karantindən nə zaman çıxacağını bilmirik. Atamı girovluqdan azad etdiyi üçün Prezidentə təşəkkür edirəm, Allah dövlətimizi qorusun. Bu günümüzə min şükür ki, atam gəlib və Azərbaycandadır”.

Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.


Paylaş:


Müəllif : Tarix:
21-12-2020, 12:15
Sikayət   


loading...
Загрузка...