reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İnsanlar isti qucaqlara ehtiyac duyurlar“ - Rəqqasə Fatimə

reklam

“İnsanlar isti qucaqlara ehtiyac duyurlar“ - Rəqqasə Fatimə


“Mənə elə gəlir ki, hər insan üçün ən vacib şey lazımlı olmaqdır. Birisi üçün vacib olduğunu, kiminsə sənə ehtiyacı olduğunu və səninlə keçirdiyi vaxta dəyər verdiyini hiss etmək”.
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında yazıb.
Sənətçi karantin günlərində insanları mənəvi olaraq bir-birinə yaxın olmağa səsləyib:
"Darıxıram" sözünü eşitdikdə bu sözlərdə əsl səmimiyyəti hiss etmək. İnanın ki, bu, təkcə tutqun bir qış günündə sizi sevindirib isitməkdən əlavə, həm də irəliləmək və təslim olmamaq üçün güc verə bilər.
Hamımızın lazımlı olduğumuzu bilməyə ehtiyacımız var. Çünki bunu bilib hiss etdikdə, dünya fərqli çalarlarda olur və gecə o qədər də qaranlıq görünmür. Bəzən insanlar hansısa inanılmaz xəzinələrdən daha çox, isti qucaqlara ehtiyac duyurlar. Bir-birinizə istilik bəxş edin, o zaman dünyada hər şeyin öhdəsindən gələ biləcəksiniz".


Paylaş:


Müəllif : Tarix:
21-12-2020, 18:10
Sikayət   


loading...
Загрузка...