Qarabağda Azərbaycan Ordusuna qarşı ABŞ-dan olan yaraqlılar da vuruşublar - VİDEO
Dünən Yerevanda baş nazir Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilib.
Ermənistan paytaxtında etiraz aksiyasını işıqlandıran amerikalı bloger Patrik Lankaster reportajında bu aksiyanın Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak etmiş iştirakçılarından birinin tarixçəsini açıqlayıb.
Məlumata görə, ABŞ vətəndaşı Qayk Nazaryan 2016-cı ildə Ermənistana köçüb. Onun sözlərinə görə, o, Aprel müharibəsindən sonra Ermənistana gəlib, çünki bilirdi ki, “hər şey bununla qurtarmayacaq”. Qayk Nazaryan deyir ki, bütün bu müddət ərzində müharibə olacağı hissiyyatı ilə yaşayıb və 27 sentyabr 2020-ci ildə hərbi əməliyyatların başlanması onun üçün gözlənilməz olmayıb.
O deyir ki, artıq sentyabrın 29-da Azərbaycan Ordusuna qarşı savaşa qoşulub.
“Mən hərbi komissarlığa artıq hazırlıqlı gəldim. Məni çağırmadılar, könüllü oldum. Məni Hadruta göndərdilər. Çünki əsas yol artıq azərbaycanlılar tərəfindən bağlanmışdı. Könüllülərin çoxu bu müharibəyə ciddi yanaşmırdı. Hamı düşünürdü ki, bu, cəmi 4-5 gün davam edəcək”, – deyə Nazaryan bildirir.
Onun sözlərinə görə, düşdükləri postda onlar cəmi 40 nəfər olublar. Digər erməni postlarında isə cəmi 10-15 nəfər olub.
Nazaryan hərbi təcrübəyə malik olduğu ilə öyünür. Onun sözlərinə görə, 2017-ci ildə müqavilə əsasında Tavuşda Azərbaycanla sərhəddə Ermənistan ordusunda xidmət edib.
Daha sonra ABŞ vətəndaşı Qayk Nazaryan Ermənistanın baş naziri Nikol Paşinyanı “satqınlıqda” və “torpaqları verməkdə” ittiham etməyə başlayıb.
“Bu, son Ermənistan – Azərbaycan müharibəsində iştirak etmiş erməni əsilli amerikalı Qayk idi”, – deyə Patrik Lankaster reportajını tamamlayıb.
Qeyd edək ki, virtualaz.org Ermənistanın Yaxın Şərq və Avropa ölkələrindən, xüsusilə Fransadan olan terrorçuları və yaraqlıları Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştiraka cəlb etdiyi barədə dəfələrlə yazıb. Bu video onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin sıralarında Azərbaycana qarşı ABŞ-dan olan yaraqlılar da vuruşublar.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2020, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-12-2020, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01