“Sarı canavar”ı ilə xidmət edərkən şəhid olan Əli... - Fotolar
Qardaşı zabit kəşfiyyatçı, özü isə Vətən uğrunda şəhid...
2001-ci il təvəllüdlü Əli Qasımov Talış kəndində döyüş yoldaşı olan sürücünü xilas edərkən şəhid olub.
Atası İbrahim Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hərbi xidmətdə də kəşfiyyat bölüyünün sürücüsü kimi xidmət edən oğlunun uşaqlıqdan maşınlara xüsusi həvəsi olub: “Gözəl əl qabiliyyəti də vardı. Adi dəmir parçasından maraqlı şeylər düzəldirdi. Əlinə nəsə keçsə mütləq ondan nəsə hazırlayırdı. Maşınlara, maşın sürməyə çox həvəsli idi. Ötən il iyunda əsgərliyə getdi. Tərtər rayonunda cəbhə zonasında xidmət edib, orada da sürücü idi. Oğlum yanvarda gələcəkdi...”
Ə.İbrahimovun müharibədən əvvəl də, müharibə gedişatında da ailəsinə ancaq bir sözü olub: “Narahat olmayın, hər şey yaxşıdı”.
Şəhid atası deyir ki, oğlu əsgərlikdə hərbi yük maşını olan “Ural” sürüb: “Sarı rəngdə maşın idi. Əsgərləri, silahları, maddi təminatları daşıyırdı. Danışanda deyirdi bu mənim “Sarı canavarım”dı. Komandirləri daim onu tərifləyirdi, bizə deyirdi Əli çox ürəklidir, hara desən qorxmadan gedir”.
Şəhid Əli Qasımov müharibənin qalibiyyət simvolu olan düşmən texnikalarını işğaldan azad olunan yerlərdən yaşayış məntəqələrimizə gətirənlərdən biri olub: “Döyüşlər zamanı ermənilərin ələ keçirilən hərbi texnikalarını mənim oğlum sürüb gətirirdi. Danışanda dedi “Ata, televizorda baxarsız, maşından əl eləmişəm, amma yaxşı düşməyib, təkcə əlim görünür”.
Bizimlə sonuncu dəfə oktyabrın 22-də danışdı, şəkil də göndərdi. Oğlum Talış kəndi uğrunda döyüşlərdə iştirak edib. Sonra mənlə danışda dedi ki, “Ata, Talışı almışıq, ora gedirik”.
Əli Qasımov elə “Sarı canavar”ı ilə xidmət edərkən şəhid olub: “Oktyabrın 23-də bunlar “Ural”la gedəndə dostunun maşını minamyotla vurulub, dostu yaralanıb. Əli tez maşınından düşüb onun köməyinə gedib. Həmin vaxt da ikinci dəfə həmin yer vurulub, dostunu çıxararkən şəhid olub”.
Şəhid Əli Qasımov ata yurdunda, Tovuz rayonu Hazalı kəndində dəfn edilib. Onun adına Bakının Nərimanov rayonunda yaşadığı məhəllədə bulaq tikilib.
İbrahim Qasımovun böyük oğlu da döyüşlərdə iştirak edib. Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçısı, leytenant Taleh Qasımov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının alınması uğrunda döyüşüb. Taleh cənub, qardaşı Əli şimal cəbhəsində olub. Əli şəhid olanda Taleh Qubadlıda döyüşürmüş. Həmin vaxt onu qardaşının dəfninə göndəriblər. Tovuz rayonuna gələrək Əlini dəfn etdikdən sonra yenidən döyüşlərə qatılıb. Ailənin kiçik oğlu Məhəmmədin isə 11 yaşı var.
Allah rəhmət eləsin
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2020, 20:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-12-2020, 20:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti