Azərbaycanda bu tarixdən toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Azərbaycanda koronavirus pandemiyasına görə 10 aya yaxındır ki, toyların və kütləvi toplantıların keçirilməsinə qadağa qoyulub. Artıq İngiltərə və digər ölkələrdə koronavirus əlehinə vaksinasiya başlayıb. Azərbaycanda gələn ilin əvvəlində vaksinasiyaya başlanılması gözlənilir. Bundan əlavə gündəlik yoluxanların sayı günbəgün azalır. Belə ki, Azərbaycanda yoluxanların sayı 4000-dən 2000-ə düşüb. Yoluxma sayı azalma dinamikası ilə davam edərsə, martdan sonra 35-50 nəfərlə toyların keçirilməsinə icazə verilə bilərmi?
KONKRET.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, bu məsələ o dövrə kimi yaranacaq vəziyyətdən asılı olacaq:
“Vaksinasiya başlayandan sonra yoluxma zənciri qırılmağa başlasa, ölkədə epidemioloji vəziyyət xeyli dəyişəcək. Düşünürəm ki, yəqin, mart ayından sonra az insanların dəvət edilməsi şərti ilə toyların keçirilməsinə icazə veriləcək. Əgər dövlət sərt tədbirləri görürsə, deməli, bu yaranan zərurətdən irəli gəlir.
Avropada, İngiltərədə, Almaniyada və digər ölkələrdə çox sərt karantin tədbirləri görülür. Bəziləri televiziyalarda çıxıb ağzılarına gələni danışırlar ki, hər yer açılmalıdır. Dünya təcrübəsi var. Koronavirusun yeni növü asanlıqla digər ölkələrə daşına bilər.
Əgər sərt karantin rejimi olmasa, bunun qarşısını almaq olmaz. Epidemioloji ocağın sönməsi üçün karantin rejiminin tətbiq edilməsi və insanların qoyulan qaydalara əməl etməsi vacibdir.
Toyların və kütləvi tədbirlərin qadağan olunması insanlarımızı qorumaq üçün dövlət tərəfindən atılan addımdır. Aydındır ki, toyların keçirilməsinə qoyulan qadağa genofonda müəyyən dərəcədə mənfi təsiri edir. Hesab edirəm ki, marta qədər bütün bu məsələlər öz həllini tapacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2020, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-12-2020, 13:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:12
Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
7-11-2024, 12:30
2025-ci ilin Çin ulduz falı - Gələn il kimləri "İlan vuracaq", kimlər xoşbəxt olacaq?
7-11-2024, 12:00
2025-ci ilin Çin ulduz falı - Gələn il kimləri "İlan vuracaq", kimlər xoşbəxt olacaq?
7-11-2024, 11:36
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
6-11-2024, 12:10