“Allah onlara lənət eləsin, bəlalarını versin“ - Müğənnilər üsyan etdi
Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 10 aydır ki, qadağan edilib. Sərt karantin rejimi bəzən yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı. Bu isə əsas gəliri şənlik məclislərindən olan sənət adamlarının etirazına səbəb oldu. Onlar heç yerdən gəlir əldə edə bilmədiklərindən gileylənirlər.
Məsələ ilə bağlı danışan müğənni Əli Mirəliyev karantindən sonra toy adətlərinin də dəyişəcəyini deyib:
“Biz daha əvvəllki kimi 1000 nəfərlik şadlıq evlərində toy etməyəcəyik. Dədə-baba vaxtı necə ki, 100-120 nəfərlik toylar keçirilirdi, ancaq yaxın qohum-əqrəba iştirak edirdi, elə olacaq. Mən əvvəllər belə toylarda oxumuşam, onda 80-90 nəfər olurdu. Biz bu toyları oxuyanda insanlar az olub, bizi dinləyiblər, ağız deyəni qulaq eşidib. İndi şadlıq evlərinə gedəndə görürdük ki, nə gündədir. Elə bil Şərq bazarına girmisən, səs adamın başına düşürdü. Müğənni nə oxuyurdu başa düşmürdün, camaat şadlıq sarayına girirdi səs-küydən 1 saat sonra durub çıxırdı. Belə toy olar? Toyda adam deyib-gülər, qohumlarla söhbət edər, bir-birini dinləyər. İndiki müğənnilər də məclisdə klarnetə, qarmona yüksək səs verirlər, çünki bilirlər ki, onlarsız səslərinin gücü çatmayacaq. Mən illərdir sənətdəyəm, bilirəm necə oxumaq lazımdır, səhnədə özünü necə aparmaq, konsertdə necə çıxış etmək lazımdır. Amma gəlin görək indikilər bunu bilirmi? Üzeyir Mehdizadə bunu bilirmi? Kim ona bunları keçib? Özü üçün mahnılar yazır, oxuyur, dilxoşluq edir. Guya Tacikistan, Özbəkistan bunun üçün ölür, bütün günü dinləyirlər. Elə deyil. Koronavirusdan sonra həyata baxışlar da dəyişməlidir, ay mənim gənc həmkarlarım. Keçən əsrdəkilər qaldı keçmişdə. Musiqiyə də baxış dəyişməlidir, hər şey professional olmalıdır. Bu hər sənətə aiddir, bazarda kartof satan müəllim, savadsız hüquqşünas, rüşvətxor “JEK” müdiri ola bilməz”.
Əməkdar artist Baloğlan Əşrəfov virusu dünyaya yayanlara lənət oxuyub:
“Karantin yenidən sərtləşdi, hər kəs necə dolanmağa çalışırsa, mən də çalışıram. Bir təhər dolanıram. Allah koronavirusu yayanlara lənət eləsin. Bəşəriyyəti karantində yaşamağa məcbur edənlərin Allah bəlasını versin. Bütün dünya bundan əziyyət çəkir. Vallah, bundan sonra necə olacaq bilmirəm. Mən də hamı kimi bütün qaydalara riayət edirəm. Dövlət nəyə əməl etməyimizi tövsiyə edirsə, çalışırıq edək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2020, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-12-2020, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01