Maykl Ceksonun malikanəsi milyarderə satıldı
ABŞ-ın Kaliforniya ştatında yerləşən və uzun illər amerikalı müğənni, mahnı müəllifi, prodüser və rəqqas Maykl Ceksona məxsus olan malikanə milyarder Ron Byorkla 22 milyon dollara satılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.
Nəşr qeyd edir ki, daşınmaz əmlak obyekti 2015-ci ildə müğəninin varisləri və “Colony Capital” şirkəti tərəfindən 100 milyon dollara satışa çıxarılıb. O vaxtdan bəri onun dəyəri dəfələrlə azalıb. Ötən il bu, 31 milyon dollar təşkil edirdi.
Cekson malikanəni 1987-ci ildə təxminən 19,5 milyon dollara alıb və “Neverland” adlandırıb. Torpaq sahəsi təxminən 11 kv. km təşkil edir. Cekson ərazidə oyuncaq dəmir yolunun, karuselin, müşahidə çarxının quraşdırılmasına göstəriş verib. Müğənni 2009-cu ildə vəfat edib. Bundan sonra əmlakın adı dəyişdirilib, attraksionlar isə yığışdırılıb.
Qəzetin məlumatına görə, əmlak satışa çıxarılanda ərazidə 20-yə yaxın bina, o cümlədən qonaqlar üçün kiçik evlər, həmçinin hovuz, basketbol meydançası, 50 nəfərlik kinoteatr yerləşirdi.
Materialda qeyd edilir ki, Byorkl 2000-ci illərin ortalarında Ceksonun biznes məsələləri üzrə məsləhətçisi olub. Milyarderin nümayəndələri nəşrin jurnalistlərinə bildiriblər ki, Byorkl əmlakın əldə edilməsini daşınmaz əmlaka əlverişli investisiya yatırımı hesab edir.
Ron Byorkl
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2020, 08:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-12-2020, 08:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01