“BU, BİZİM ÜÇÜN ÇOX TƏHLÜKƏLİDİR...” – “Türkiyə hərbçilərinin bölgəyə gəlməsini tələb edirik”
Vətən Müharibəsindən sonra Dağlıq Qarabağdakı proseslərin Azərbaycanın milli təhlükəszilik maraqları çərçivəsində inkişaf etdiyini söyləmək çətindir.
Rusiya sülhməramlılarının fəaliyyəti 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın hüdudlarından kənara çıxır. Habelə, sənədə Azərbaycanın tələbi ilə salınmış bəzi maddələr yerinə yetirilmir.
Məsələn, bölgədə sayı bir neçə min nəfərə çatan erməni silahlı birləşmələrinin tərkisilah edilməməsi ciddi suallar və narazılıq doğurur. Rusiyanın birtərəfli humanitar fəaliyyəti, ermənilərin məskunlaşdırılması, separatçı cinayətkarlarla mərhəm münasibətlər, Azərbaycan üçün vacib olan kommunikasiyaların hələ də açılmaması bu suallar sırasına daxildir.
Cəmiyyətdə gedən müzakirələrdə Azərbaycan qanunvericiliyinin Dağlıq Qarabağda işləməməsi, bölgəyə giriş-çıxışa nəzarətin təmin olunmaması, erməni separatçılarının "dövlət" qurması və s. kimi fundamental problemlər də qaldırılır.
Daha bir vacib məsələ Türkiyə hərbçilərinin hələ də Azərbaycana gətirilməməsidir. Bu istiqamətdə əldə olunan yeganə nəticə qardaş ölkədən 130 nəfərlik minaaxtaran qrupun işğaldan azad olunmuş bölgədə fəaliyyətə başlaması və Ağdamda tikilən Montorinq Mərkəzində 60 türk hərbçinin fəaliyyət göstərəcəyinin təsdiq olunmasından ibarətdir.
Cəmiyyətdə belə bir gözlənti vardı ki, həm Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində, həm də ikitərəfli müttəfiqlik münasibətlərinə uyğun olaraq qardaş ölkənin hərbçiləri ölkəyə gələcək. Çünki Dağlıq Qarabağda Rusiyanın özbaşına fəaliyyətinin dayandırılması və sülhməramlılara nəzarət imkanları ancaq Moskvanın hesablaşdığı gücün imkanları daxilindədir.
Türkiyə Azərbaycanın təbii müttəfiqi kimi bu prosesi uğurla həyata keçirə bilər və bu sahədə yetərli təcrübəyə malikdir. Amma təəssüf ki, bu istiqamətdə gözləntilər özünü hələlik doğrultmur. Belə görünür ki, Türkiyə hərbçiləri bölgədə Rusiya il müqayisədə daha kiçik heyətlə təmsil olunacaq. Rusiya sülhməramlıları ilə bərabər patrul nəzarətindən isə söhbət getmir. Ən yaxşı halda məsafədən onların fəaliyyətini texnki avadanlıqların köməyi ilə müşahidə altında tutulması həyata keçiriləcək.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa uyğun olaraq qardaş ölkənin hərbi birliklərinin ölkəmizin ərazisində yerləşdirilməsi də yubanır. Ekspertlər hesab edirlər ki, ölkədə Türkiyə hərbi bazaları, təlim mərkəzləri qurulmalı, Dağlıq Qarabağda onların fəaliyyəti təmin olunmalıdır.
Bu arada Azərbaycanın daxilində gedən bəzi proseslər də narahatlıq mənbəyinə çevrilib. Belə ki, Dağlıq Qarabağdakı real vəziyyət, habelə ona ictimaiyyətin neqativ münasibəti təhrif edilmiş formada təqdim edilir.
Dolayısı ilə real ictimai rəyi əks etdirməyən nəticələr təqdim olunmaqla manipulyasiyalara yol veririlir. Bu da istər-istəməz Rusiya sülhməramlılarının Azərbaycanın milli, təhlükəsizlik maraqlarına zidd olan fəaliyyətinə ictimai legitimlik qazandırmaq cəhdlərinə rəvac verir.
Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, Türkiyə hərbçilərinin Azərbaycana gəlişinin ləngiməsi haqlı olaraq cəmiyyəti narahat edir. Çünki keçən günlərdə və bu ərəfələrdə Rusiya hərbçiləri Dağlıq Qarabağda özlərini öz bildikləri kimi aparırlar: "Separatçılarla kameralar qarşısında mərhəm pozlar verir, erməni silahlı birləşmələrini tərksilah etmirlər və s. Bütün bunlar da haqlı olaraq ictimaiyyətin narazlığına səbəb olur. Biz Türkiyə hərbçilərinin ölkəmizdə olmasını istəyirik ki, proseslərə nəzarət etsinlər. Çünki Rusiya qarşısında real güc görməyənə qədər istədiyini edəcək. Bu, bizim üçün çox təhlükəlidir".
Politoloq hesab edir ki, Ağdamda tikilən Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını sürətləndirmək lazımdır: "Digər tərəfdən, mina axtaranlar da fəaliyyətdədir. Amma bunlar yetərli deyil. Bizim üçün vacibdir ki, Türkiyə hərbçiləri bizimkilərlə bir yerdə Şuşada, Kəlbəcərdə, Laçında olsunlar. Rusiya sülhməramlıları ilə birgə ərazilərə patrul nəzarəti həyata keçirsinlər".
E.Şahinoğlu qeyd edir ki, bunu ermənilər, ruslar istəməyəcək.
"Burası aydındır. Amma onların mövqeyi bizi maraqlandırmamalıdır. Biz öz milli və təhlükəszilik maraqlarımızdan çıxış etməliyik, bu da Türkiyə hərbçilərinin bölgədə fəaliyyət göstərməsini diqtə edir. Türkiyə rəsmiləri, xüsusən Müdafiə naziri Hulusi Akar vurğulayıb ki, Rusiya bunu istəməyə bilər, amma biz bu məsələni Azərbaycanla müzakirə etməliyik. Ona görə də Azərbaycan hakimiyyəti bu məsələdə israrlı və tələbkar olmalıdır. Türkiyə hərbçilərinin bölgəyə yerləşdirilməsini təmin etməlidir", - ekspert vurğulayıb.
O ki qaldı Azərbaycanda ictimai rəyi manipulyasiya cəhdləri ilə zəngin olan təşəbbüslərə, Elxan Şahinoğlu bildirir ki, Azərbaycan cəmiyyəti Rusiya hərbçilərinin Dağlıq Qarabağda olmasından məmnun ola bilməz: "Mən bu barədə kiminlə söhbət edirəmsə, öz narahatlığını bildirir. Doğrusu, bu məsələdən rahat olan Azərbaycan vətəndaşına rast gəlməmişəm. Yeri gəlmişkən, bu günlərdə keçirilən bir sorğuda da qeyd olunub ki, Rusiya sülhməramlılarının təkbaşına fəaliyyəti ciddi narahatlıq doğurur.
Amma hesab edirəm ki, bu narahatlıq təqdim olunandan daha böyük miqyasdadır. Rusiya sülhməramlıları tək hərbi nəzarətlə məşğul olmurlar, tikinti aparırlar, məskunlaşmanı sürətləndirir, humanitar yardımlar paylayırlar və s.
Əgər, bölgədə sabitliyi bu qədər istəyirlərsə, ilk növbədə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrini tərksilah etməlidirlər. Orada Azərbaycan qanunlarının işləməsini təmin etsinlər. Bunlar həyata keçirilərdisə, deyərdik, normal proses gedir. Amma bunların heç biri baş vermir axı. Ona görə də biz Türkiyə hərbçilərinin bölgədə varlığını tələb edirik və bu proses sürətlənməlidir".
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2020, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-12-2020, 09:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24