Təhsil naziri iki müəllimi mükafatlandırıb
Təhsil naziri Emin Əmrullayev könüllü dərs deyən müəllimlər barədə paylaşım edib.
"Report" nazirin paylaşımını təqdim edir:
"Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu.
Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.
Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm".
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2020, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-12-2020, 11:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01