50-yə yaxın düşmən əsgərini məhv edən şəhidimiz
Vətən Müharibəsində Azərbaycan Ordusunun qəhrəmancasına şəhid olan igidlərindən biri də Oruc Soltanovdur. Şəhidimiz ikinci Qarabağ müharibəsində şəxsi fədakarlıqlar, bir sıra şücaətlər göstərib.
O, düşmənin 50-yə yaxın canlı qüvvəsini məhv edərək sonda özü də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Soltanov Oruc Fərhad oğlu Kürdəmir rayonunun Sovla kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə nizam-intizam qaydaları baxımından seçilən əsgərlərdən olub və dəfələrlə təltifnamələrə layiq görülüb. O, hərbi xidmətini uğurla baş vurduqdan sonra ailəsinin yanına qayıdıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Oruc da orduya çağırılıb. Sentyabrın 29-da valideynləri ilə sağollaşaraq müharibəyə gedib. Ailənin ən kiçik övladı olan Orucun bu Vətən sevgisi ailə üzvlərinin, yaxınlarının, sakinlərin, ümumən onu tanıyanların dilindən bir an belə düşmür.
Elə bu Vətən sevgisi Oruc Soltanovu da ön cəbhəyə, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fədakarlıqlara sövq edir. Döyüş yoldaşları bildirirlər ki, snayper kimi xidmətini davam etdirən əsgər Oruc Soltanov düşmənin 50-yə yaxın canlı qüvvəsini və bir sıra texnikasını məhv edib. Ağır döyüşlərdən birində yaxınlığına düşən mərmi düşməsi nəticəsində ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, bu gün Orucun ad günüdür. Ailəsi ilk dəfə Orucun ad gününü onsuz qeyd edir. Oruc həm də nişanlı idi. Onun ən böyük arzusu ailə qurub, ata-anasına dayaq olmaq idi.
Oruc Soltanov da digər şəhidlərimiz kimi adlarını qanları ilə tariximizin silinməz səhifələrinə yazdı. Bu elə bir səhifədir ki, xalqımız var olduqca daim qürurla anılacaq, xatırlanacaq. Şəhidlərimizlə, qazilərimizlə qürur duyur, göstərdikləri şücaətlərə görə onlara və ailələrinə dərin minnətdarlığımızı bildirir, qarşılarında baş əyirik! (Report)
Paylaş:
Müəllif : Fuad
Tarix:27-12-2020, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-12-2020, 14:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti