Əsgərin gündəliyindən: “Ana, ölsəm, ağlama” - FOTO/VİDEO
Şəhid əsgər Nihad Əhmədov 20 yaşında idi. Uşaqlıq arzusu əsgər, hərbçi olmaq idi. Orta məktəbi əla qiymətlərlə bitirib, Bakı Rabitə və Nəqliyyat Kollecinə daxil olub. Bir il oxuduqdan sonra hərbi xidmətə gedib.
Anası Elnarə Əhmədovanın sözlərinə görə, Nihad hər zaman qəhrəmanlarımızın yolunu davam etdirmək istəyində olub. Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun düşmən üstünə getdiyi postda xidmət etməsi onu hərbə daha da bağlayıb.
Qəti qərara gəlib ki, müddətdən artıq hərbi xidmətdə qalacaq. Şəhid anası deyir ki, özünün qeydlər etdiyi dəftərləri vardı. Hansı dəftəri açırdın, görürdün, yazıb “İmam Hüseynin əsgəri olmaq istəyirəm, şəhid olmaq istəyirəm”.
Namaz qılan uşaq idi. Dinindən, namazından qalmazdı. Uşaq olanda helə hərbi forma geyinərdi. Ancaq həyətdə Azərbaycan əsgərinin marşını oxuyardı. Taxtalardan özünə o qədər silah düzəldərdi ki, qoyardı çiyninə, gəzərdi. Deyərdi, “Mən Azərbaycan əsgəri olaram. Erməninin tankını vuraram.O, vətənpər ruhda böyüyüb.”
İdmanla ciddi məşğul olan Nihad Əhmədov hərbi xidmətdən qayıtdıqdan az sonra sənədlərini hazırlayıb MAHHX - Müddətdən Artıq Həqiqi Hərbi Xidmətə yazılır. Beş ay xidmətdən sonra Vətən Müharibəsi başlayır.
Müharibənin ilk günündən qanlı döyüşlərdə qəhrəmanlıq göstərir. Həmlə taborunda qrantamyot, iri çaplı pulemyot atıcısı olub. Sərrast atışları ilə düşmən mövqelərini və hədəflərini yerlə bir edib.
“Məzuniyyətə gəlmişdi. Gedəndə gördüm, bloknotu vardı. Onun əşyalarına toxunulmasından xoşu gəlməzdi. Gördüm, stolun üstündədir, deyir Nihadın atası. Baxdım içində yazıb, “Ana, şəhid olsam, ağlama!”
Anasını çağırdım, dedim, bax, nə yazıb. Namazqılan uşaq idi. Məscidin axunduna demişdi, mən bayraqla qayıdaram. Ürəyinə dammışdı”.
Son dəfə ailəsi ilə telefonda oktyabrın 9-da danışıb. Şəhid Nihad Əhmədov Talış kəndinin, Murovdağ yüksəkliyinin düşməndən azad olunmasında qəhrəmancasına döyüşüb. Suqovuşanın alınması istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlib. Nihad Fuad oğlu Əhmədov şəhid olduqdan sonra “Vətən uğrunda medalı” ilə təltif edilib.
Bu igidlərimizin hər birinin Vətən uğrunda canları, qanları ilə yazdıqları hərb hekayələrini oxuyan yeni nəsillər böyüyəcək. Qalib Azərbaycanın əsgərləri olmaları ilə qürur duyacaqlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-12-2020, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-12-2020, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Bu gün, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Bu gün, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Bu gün, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
Dünən, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
Dünən, 10:54