“Maşındakı 19 əsgərdən 18-i həlak oldu” – Erməni əsgərin atasından sensasion açıqlamalr
Qarabağ müharibəsində həlak olmuş əsgərin atasının prokurorluğa verdiyi şikayət əsasında Ermənistanda N hərbi hissəsinin komandir müavininə cinayət işi açılıb.
Bu haqda AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Baş Prokurorluqdan verilən məlumata görə hərbi qulluqçunun atası bildirib ki, hərbi vəziyyət elan olunmasından və oğlunun Qarabağa göndərilməsi barədə xəbər almasından sonra hərbiçiləri dəstəkləmək üçün o da öz avtomobilində cəbhəyə yola düşüb.
Əsgər atası iddia edir ki, komandirin əmri ucbatından oğlu və onun əsgər yoldaşları dron zərbəsinin qurbanı olublar. Ermənistan Baş Prokurorluğundan verilən məlumatda deyilir: “Məlumata görə o, hərbi hissə komandiri müavininin düşmənin zərbə PUA-sının səsinin eşidilməsinə baxmayaraq, maşından çıxan əsgərlərə maşına qayıtmaq və təyinat yerinə hərəkəti davam etdirmək əmrini verməsinin şahidi olub.
Əsgərlər belə də ediblər, lakin heç beş dəqiqə də keçməmiş dron zərbəsi nəticəsində Ural markalı maşın yanıb və məhv olub”.
Məlumatında deyilir ki, maşının yanması nəticəsində 19 əsgərdən 18-i həlak olub. Şikayət edən əsgər atasının da öz avtomobilində yaralandığı xəbər verilir. Bildirilir ki, bu işlə əlaqədar N hərbi hissəsinin komandir müavini podpolkovnik A.V. “hərbi vəziyyətdə ağır nəticıələri olduğu halda səlahiyyətini aşma” maddəsi ilə ittiham olunur.
Elə həmin gün onun həbs olunması barədə vəsatət verilib və Syunik vilayət məhkəməsi vəsatəti təmin edib. Ermənistan Baş Prokurorluğu bildirir ki, müharibə ilə əlaqədar artıq 2000-dək cinayət işi qaldırılıb. Bunların əhəmiyyətli hissəsi fərariliklə bağlıdır.
Bu da xəbər verilir ki, 5 milyard dollar müqabilində “ərazinin satılması və Şuşanın təhvil verilməsi” iddiaları əsasında da cinayət işləri açılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-12-2020, 14:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-12-2020, 14:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti