19 yaşlı Masim də 2 aydan çoxdur ki, itkindir…
44 günlük Vətən müharibəsində iştirak edən 19 yaşlı Masim Qurbanovdan ailəsi 2 aydan çoxdur ki, xəbər ala bilmir.
M.Qurbanov Masallı rayonu Ərəb kəndində anadan olub. Sentyabrın 29-dan Masallı rayonu Səfərbərlik Xidmətinin çağırışıyla döyüşlərə qatılıb. Döyüşlərə qatılmazdan 2 ay əvvəl hərbi xidmətini başa vurub. Sonuncu dəfə ailəsiylə oktyabrın 29-da əlaqə saxlayıb.
M.Qurbanovun atası Hafiz Qurbanov "Qafqazinfo"ya bildirib ki, oktyabrın 29-da axşamüstü saat dörddə oğlu ilə danışıb: "Bu günə kimi Masimdən heç bir məlumat ala bilməmişəm. O oktyabrın 29-na kimi davam edən Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı döyüşlərində iştirak edib. Sonuncu zəngdə dedi ki, Gorus istiqamətində əraziyə döyüşə gedirlər. Mənə dedi ki, ata narahat olma, beş günə əlaqə saxlayacaq.
Füzulidə hospitala neçə dəfə onu axtarmağa getmişəm. Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmişəm. Əsgər yoldaşları həmin ərazidə şəhid olub. Ancaq mən oğlumu tapa bilmirəm. Oğlumun da həmin istiqamətdə şəhid olduğunu deyirlər. Tapıb mənə verməyiblər".
H. Qurbanov oğlunun qorxmaz uşaq olduğunu vurğulayır: "3 oğlum, bir qızım var. Masimlə qardaşı Bakıda elektrik işləyirdi. Mən özüm də Qarabağ əliliyəm. Onu səfərbərlik xidmətindən çağıran kimi çox sevindi. Uça-uça gəldi ki, müharibəyə gedir. 1 ay müddətində oğlum məni heç vaxt darda qoymayıb. Hansı döyüşlərdə iştirak edirdisə, mənə məlumat verirdi. Eşidənə qədər mən təsəvvür etmirdim ki, Masim şəhid olar. Çox zirək uşaq idi. Əhval ruhiyyəsi də döyüşlərdə həmişə yüksək olub. Yoldaşlarının bildirdiyinə görə, heç bir döyüşdən yayınmayıb. Sonuncu döyüşə gedəndə bir az xəstələnibmiş. Buna baxmayaraq yenə döyüşlərə qatılıb. Biz hazırda şəhid kimi də Masimi tapa bilmirik".
Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə gün əvvəl itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-12-2020, 20:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-12-2020, 20:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti