reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Kəlbəcər rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir

reklam

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Kəlbəcər rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir


İşğaldan azad olunmuş ərazilər qısa müddətdə minalardan təmizlənəcək və vətəndaşlarımızın həmin ərazilərə getmələri üçün şərait yaradılacaq. Əhalinin doğma torpaqlarına, evlərinə, dədə-baba yurdlarına qayıtmaları üçün şərait yaradıldıqdan sonra onların bu əraziləri ziyarət etmələrinə icazə veriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərə nəzarət edilir, yollarda polis tərəfindən mühafizə zolaqları və postlar qurulub.
 Kəlbəcər polisi rayon ərazisinə tam nəzarət etmək üçün əllərindən gələni edirlər. Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Kəlbəcər rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir. Amma oraya gedən bəzi insanlar dağlardan, digər yollardan istifadə etdikləri üçün buna nəzarət etmək çox çətindir.

Onuda qeyd edim ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Kəlbəcər rayon polis şöbəsinə verilmiş müvəqqəti bina tam təmir edilir, rayonda xidmət aparan şəxsi heyyət üçün hər bir şərayit yaradılır, xidmətdə olan şəxsi heyyət isti geyimlə və isti yemıəklə təmin edilir. Rayonda xidmət aparan polis və daxili qoşun əməkdaşlarının istifadəsinə verilən çörək bişirmə sexində də elə DQ əsgərləri və polis əməkdaşları özləri çörək bişirirlər. Qeyd edtmək istəyirəm ki, kantinerlərdə hazırlanmış  hamam və sanitar qovşaqlarda polislərimizin istifadəsinə verilib.

Vüqar Ələkbərov


Paylaş:


Müəllif : Tarix:
31-12-2020, 23:04
Sikayət   


loading...
Загрузка...