"Noyabrın 10-dan sonra əsir düşən erməni yaraqlıları mühakimə olunmalıdır" - Tanınmış vəkil
“Erməni hərbi əsirlər Ermənistana qaytarılmalıdır. Bu, dərhal və hər hansı bir ilkin şərt olmadan həyata keçirilməlidir. Onlar statusa görə hərbi əsirlərdır”, - Ermənistanın ombudsmanı Arman Tatoyan yanvarın 2-də Facebook səhifəsində yazıb.
Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin “erməni hərbçilərin çoxu hərbi əməliyyatlar dayandırılandan sonra həbs olunub və onları "hərbi əsirlər hesab etmək olmaz" bəyanatı humanitar prosesin və insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq tələblərin pozulmasıdır.
Dekabrın əvvəlində Ermənistan və Azərbaycan "hamının hamıya" prinsipi üzrə hərbi əsirlərin dəyişdirilməsi məsələsini razılaşdırıblar.
Dekabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan telemüraciətində bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında əsirlərin mübadiləsi zamanı "hamının hamıya" prinsipi Azərbaycanla razılaşdırılıb.
"Bu, təkcə müharibə zamanı əsir götürülənlərə deyil, həm də ona qədər Ermənistan və ya Azərbaycan tərəfində qalanlara aiddir", - Paşinyan deyib ("Sputnik-Ermənistan" sitat gətirib). Baş nazir qeyd edib ki, gələcəkdə barələrində məlumat ola biləcək əsirlərin qaytarılması üçün mexanizmlərin hazırlanması vacibdir.
9 noyabr sülh sazişindən sonra əsir düşənlərin qaytarılması mexanizmi hələ də hazırlanmayıb.
Dekabrın 16-da Yerevan KİV-i bildirib ki, noyabrın 29-da, yəni sülh bərqərar olduqdan sonra Ermənistanın Şirak vilayətindən Qarabağa göndərilən 100 yaraqlı Azərbaycanda əsir düşüb.
Azərbaycan tərəfinin məlumatına görə, bu bölmə Azərbaycan ordusunun nəzarətində olan ərazidə mühasirəyə alınıb. könüllü təslim olan 30 yaraqlı Rusiya sülhməramlılarına təhvil verilib. Qısa döyüşdən sonra daha 62 yaraqlı təslim olub. Onlar Bakıya göndərilib.
Tanınmış azərbaycanlı vəkil, siyasi məhbusların hüquqlarını müdafiə edən Fuad Ağayev Tatoyanla razı deyil.
"9 noyabr tarixli üçtərəfli bəyanatın elan edilməsindən və qüvvəyə minməsindən sonra erməni yaraqlıların Azərbaycan ərazisinə keçməsi və bu dəstələrin Azərbaycan ordusu ilə döyüşə girmək cəhdi o deməkdir ki, onlar kombatant deyil, çünki hətta erməni dövlətinin nöqteyi-nəzərindən sülh vaxtı aşkar edilərək zərərsizləşdiriblər. Buna görə də bəyanatın səkkizinci bəndi onlara şamil edilmir, onları Azərbaycan CM-ə uyğun mühakimə etmək lazımdır", - F.Ağayev bildirib.
Üçtərəfli bəyanatın səkkizinci bəndində deyilir: hərbi əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin mübadiləsi aparılır.
"Beləliklə, bəyanat sülh bərqərar olana qədər əsir götürülmüş hərbçilərin və digər şəxslərin mübadiləsinə şamil edilir. Noyabrın 10-dan sonra əsir düşənlərin probleminin həlli üçün mexanizm hazırlanmalı və qəbul edilməlidir ki, Tatoyanın barəsində danışdığı əsirlərin verilməsini bu mexanizmə əsasən həll etmək mümkün olar", - Ağayev qeyd edib.
Hüquqşünas hesab edir ki, gələcəkdə problemi birdəfəlik həll etmək üçün Ermənistan yaraqlıların Azərbaycana göndərilməsinin və ölkə ərazisində terrorizmin yayılmasının qarşısını almalıdır.
Hərbi əsirlərin ilk mübadiləsi dekabrın 14-də olub. Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov şəxsən 12 nəfəri Azərbaycan tərəfinə, 44 nəfəri Ermənistana təhvil verib. Onlar Rusiyanın HKQ aviasiyası tərəfindən Bakı və Yerevana aparılıb.
Dekabrın 28-də onun vasitəçiliyilə Yerevandan Bakıya iki azərbaycanlı əsgər qayıdıb, Ermənistan dörd hərbçisini geri alıb
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2021, 15:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-01-2021, 15:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07