Hafiz Hacıyev: “Xocalı aeroportunun bizim nəzarətimiz olmadan açılışı yolverilməzdir”
“Regnum” saytının rus, erməni mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya sülhməramlıları yanvarın 10-da Xocalı aeroportunu istifadəyə verməyə hazırlaşır. Erməni və rus mənbələri bu iddialarını onunla əsaslandırırlar ki, Ermənistan öz üzərindən Türkiyə və Azərbaycan hava yollarının uçuşuna icazə verdiyi üçün üçtərəfli sazişə əsasən öhtəliyini yerinə yetirib. İdda olunur ki, Azərbaycan da Xocalı hava limanından uçuşlara icazə verməlidir. Əks halda Azərbaycan bəyənnamədə göstərilən kommunikasiyaların açılması bəndini pozmuş olacaq.
Məsələ ilə bağlı Versus.az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və həmin ərazilərdə yeni infrastrukturun yaradılması ilə bağlı işlər görülür.
Partiya sədri Rusiyanın Xocalı aeroportuna uçuşlar etməsini yolverilməz hesab edib:
“Bu gün Dağlıq Qarabağ tam olaraq Azərbaycanın nəzarətində deyil. Məsələn, sülhməramlı adı ilə gələn rus hərbçiləri hazırda bizim əhalini Qarabağa buraxmırlar. Verilən məlumatlara görə, yollarda bizimkiləri Amerikaya, Fransaya gedən turist kimi yoxlayırlar. Bu problemlər aradan qalxmamış Xocalı aeroportunun açılmasını düşgün hesab etmirəm. Düzdür, AZAL-ın prezidenti Xocalı aeroportuna beynəlxalq status verib. Amma Xocalı bizim ixtiyarımızda olmayacaqsa, ermənilər ora silah daşıyacaqlarsa, bu aeroport vasitəsi ilə terrorçuları gətirib Qarabağa yığacaqlarsa və Azərbaycan da buna nəzarət edə bilməyəcəksə, buna qəti icazə vermək olmaz. Biz hamılıqla buna etirazımızı bildirməliyik”.
MMP sədri bildirib ki, ermənilər sülhməramlıların arxasında gizlənərək Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə zərbə vurmağa çalışırlar:
“Ali Baş Komandanın, ordunun böyük zəhməti, səyi nəticəsində, Şəhidlərin qanı bahasına aldığı torpaqları erməni və ermənipərəstlər yenidən işğal etmək niyyətindən əl çəkməyiblər. Xankəndində və digər ərazilərimizdə Azərbaycanın idarəedici orqanları işləməli və ora azərbaycanlı icra başçıları təyin edilməlidir. Əgər mən Xankəndinə icra başçısı təyin olunsam, orada erməni əsilli vətəndaşlarımızın qanunlarımıza düzgün riayət edərək birgə inkişafının təmin olunması yönündə çox yaxşı işlər görə bilərəm. İcra strukturlarında idarəçilik bizim öz əlimizə keçəndən sonra təbii olaraq Xocalı aeroportunun açılışında da iştirak edərik. İndiki halda Azərbaycanın nəzarəti olmayan ərazidə belə bir strateji obyektin açılmasına razı ola bilmərik. Məlumatlardan da görünür ki, rus sülhməramlıları harda başdanxarab ermənilər var, hamısını gətirib doldururlar Xankəndinə. Biz kimlərin ora köçürüldüyünə nəzarət edə bilirikmi, yox. Bu hadisə Xocalı aeroportu açılandan sonra daha da çoxala bilər. Hələ mən başqa qanundankənar yüklərin daşınmasını demirəm”.
Rusiya-Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən Rusiya aviareyslərinin birbaşa Xocalı aeroportuna da enməsinin mümkün olması ehtimalına gəlincə, H.Hacıyev bunun da yolverilməz olduğunu deyib:
“Rusiyadan gələn təyyarələr Yevlax, Gəncə aeroportunda da enə bilər. Rusiya təyyarələri bizim nəzarətimizdə olmayan Xocalıya niyə eniş etməlidir. Xocalıda bizim əhalini qanına qəltən edən kimdir, rus ordusu. İndi biz onlara necə etibar edə bilərik. Nə bilək ki, onlar Moskvadan Xocalıya nə daşıyacaqlar, rusların yüklərində nə olacaq. Biz indi də əvvəllər Naxçıvana, Türkiyəyə necə gedirdiksə, elə də gedə bilərik. Təki ərazilərimiz tam təmizlənsin. Kimlərsə çalışırlar ki, bu məsələni xalqa sırıyıb Xocalıda aeroportu açsınlar. Azərbaycanın kifayət qədər dərdləri var. İndiki vəziyyətdə biz strateji mövqelərimizi xarici qüvvələrə etibar edə bilmərik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-01-2021, 18:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-01-2021, 18:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07