Azərbaycan nə vaxt COVİD-dən əvvəlki həyata qayıdacaq? - "Ümid edirəm ki..."
Azərbaycanda koronavirusa yoluxma sayında azalma tendensiyası müşahidə olunur. Məsələn, bu gün açıqlanan rəsmi məlumata görə, son sutka ərzində COVİD-19 infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.
Bu tendensiya dövlət orqanları və ekspertlər tərəfindən necə dəyərləndilir? Yanvarın 18-dən sonra sərt karantin rejimində yumşalmaların olacağı gözlənilirmi? Əhalinin peyvəndlənməsi ilə bağlı son durum necədir?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov xatırlatdı ki, hələlik bu barədə rəsmi qərar yoxdur və ayın 18-dən sonra nə olacağı heç kəsə məlum deyil.
Tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə qeyd etdi ki, məsələyə gündəlik statistik göstəricələri nəzərə almaqla münasibət bildirmək olar:
“Əgər göstəricilər ikirəqəmli olarsa, yumşalmaya gedilə bilər. Yox, ayın sonuna qədər göstəricilər üçrəqəmlidə qalarsa, yumşalmaya gedilməməlidir”.
Ölkəmizə gətiriləcək peyvəndlərlə bağlı sualı cavablandıran infeksionist dedi ki, bu barədə məlumatı TƏBİB-in rəsmiləri daha dəqiq bilər:
“Mənim KİV-dən əldə etdiyim məlumata görə, peyvənd yanvar ayında Azərbaycana gətirilməlidir. Ölkəmizə Türkiyənin aldığı, Çinin “Sinovac” şirkətinin hazırladığı peyvəndin gətiriləcəyi bildirilib”.
Həkim hesab edir ki, əhalinin müəyyən hissəsi bu virusa yoluxub, artıq immunitet yaranıb:
“Yerdə qalan, bu virusu keçirməyən insanlar, keçirən insanların isə heç olmasa 60-70 faizi vaksinasiyaya cəlb edilməlidir. İnsanlar yoxlanılmalıdır. Əgər qanda selestik immunoqlobinlər, yəni immunitet varsa, həmin insanlara peyvənd vurulmamalıdır. Kimlərdəsə yoxdursa, həmin insanlara vurulmalıdır. Yəni cəmiyyətin təqribən 60-70 faizi vaksin olunmalıdır”.
Cavadzadənin sözlərinə görə, peyvəndləmə müəyyən vaxt aparacaq:
“Bu, bir həftə və ya on gün içərisində həll olunacaq məsələ deyil. Hətta peyvənd vurulan insanlar da müəyyən müddət özünü qorumalı, maskadan istifadə etməli, gigiyenik qaydalara əməl etməlidir. Çünki peyvənd vurulandan iki həftə sonra, təqribən xəstəliyin üçüncü həftəsindən immunitet formalaşmağa başlayır. Peyvənd vurulandan sonra 40 gün müddətində immunitet yaranır. İnsanlara peyvənd vuruldusa, selestik antitellər formalaşana qədər onlar özlərini qorumalıdır. Və vaksinasiya hissə-hissə olunmalıdır. İlk olaraq 65 yaşdan yuxarı şəxslər, həkimlər, risk qrupuna daxil olanlar, böyük kollektivlərin işçiləri və tədricən yuxarı yaş qrupundan aşağı yaş qrupuna doğru olan şəxslər vaksinasiya edilməlidir”.
Virusdan öncəki normal həyat tərzinə nə vaxt qayıdacağımızı söyləməkdə çətinlik çəkən həkim hesab edir ki, peyvənd tam effektiv olsa, yaxın 6 ay ərzində virusdan nisbətən qurtuluş ola bilər.
Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin ixrac departamentinin direktoru Müşfiq Hüseynov xatırlatdı ki, 2020-ci ilin sonlarına yaxın xəstə sayında azalma proqnozlaşdırılmışdı:
“Səbəb isə ikinci dalğanın sönməyə doğru getməsi və kütləvi şəkildə hamının xəstələnməsi idi. Amma gördüyümüz kimi, say hətta 300 nəfərə qədər endi. Üzümüzə gələn günlərdə xəstə sayında yenidən artım olacaq. Səbəb yenə sadə və məlumdur. Bir yandan Yeni ilin qeyd olunması ilə əlaqədar kütləvi qonaqlıqlar, əhalinin bir hissəsinin rayonlara səfəri, digər tərəfdən isə şəhidlərimizin qara bayramı ilə əlaqədar kütləvi məzar ziyarətləri kimi hallar öz təsirini göstərəcək. Yəni say qalxacaq və bundan qorxmaq lazım deyil, çünki yanvarın 18-dən sonra ikinci dalğanın sönməsini müşahidə edəcəyik. Fikrimcə, yanvarın sonuna yenə 200-300 kimi rəqəmlərlə girəcəyik ki, bu da qış ayları üçün normaldır”.
M.Hüseynov hesab edir ki, sərt karantin və SMS sistemi yanvarın 18-də mütləq bitməli, ölkə normal həyata mərhələ-mərhələ qayıtmalıdır:
“İş yerləri, restoranlar açılmalıdır. Çünki xalq müharibədən maddi olaraq bitmiş durumda çıxıb. Bu gün niyə min adamın getdiyi market açıqdır, amma iki adamın girdiyi paltar dükanı bağlıdır sualını hamı verir. Ümumiyyətlə, yanvar-mart ayları arasında mərhələli olaraq bütün sektorları açmaq lazımdır”.
Mütəxəssisin fikrincə, istənilən halda yeganə xilas yolu əhalinin geniş təbəqəsini əhatə edəcək sürətli peyvəndləmədir:
“Açıqlandığına görə, ölkəyə ilk peyvəndlər bu ayın sonunda gəlməldir. Əgər deyildiyi kimi, say 500000 flakon olacaqsa, bu, ancaq 250000 insana yetərlidir, çünki peyvəndləmə prosesi 14 gün fasilə ilə iki dəfə olmalıdır. Düşünürəm ki, ilk olaraq yüksək risk qrupuna daxil olan həkimlər, polislər və 65 yaş üzəri vətəndaşlar peyvəndlənməlidir. Tam normal həyata dönmək üçün əhalinin ən azı 60 faizi ya xəstələnməli, ya da peyvəndlənməlidir. Xəstə sayını dəqiqliklə heç kim bilmir, çünki dəfələrlə qeyd etdiyimiz kimi, evlərdə müalicə alan xəstələrin statistikası yoxdur. Varsa da, yarımçıq rəqəmlərdir və həqiqəti əks etdirmir. Yəni, ölkədə normal həyatın bərpası üçün xəstələnən və simptomsuz keçirənlər də nəzərə alınsa, azı 5 milyon insana peyvənd vurulmalıdır. Bu isə 10 milyon doza deməkdir. Bu qədər say ölkəyə nə vaxt, nə qədər müddət ərzində gətiriləcək və nə zaman bitəcək, bunu ancaq əlaqədar qurumlar deyə bilər. Amma fakt budur ki, gecikirik”.
TƏBİB-dən sualımıza cavab olaraq bildirildi ki, vaksinasiya strategiyası hazırlandıqdan sonra bütün məqamlar ictimaiyyətə açıqlanacaq.
Bu gün prezident İlham Əliyev də bu mövzuda açıqlama verib. Prezident bəyan edib ki, yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa olunacaq:
“Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya yavaş-yavaş yoxa çıxacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-01-2021, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-01-2021, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01