Atasının döyüşdüyü torpaqlarda şəhid oldu
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də şəhid İsmayılov Amid Eldar oğludur. Şəhidimiz 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.
Şəhidimizin xalası oğlu Hüseyn Ağayev qəhrəmanımız haqqında xatirələrini Trend-ə danışıb.
“Amid üç bacının bir qardaşı idi. Ailənin bütün əziyyətini çəkən olub. Uşaqlığından sakit, mədəni, vətənpərvər insan idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki işlərdə işləyib. Bir müddət sonra Amid yenidən hərbiyə qayıdıb. N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb”, - deyə Hüseyn qeyd edib.
H.Ağayev oxu.az-a bildirib ki, İkinci Qarabağ müharibəsi başlayanda Amid Füzuli rayonu istiqamətində döyüşlərə yolanıb: “Onu da qeyd edim ki, Birinci Qarabağ savaşı vaxtı şəhidimizin atası da Füzuli istiqamətində döyüşüb. Amid Füzulinin bir neçə kəndinin erməni işğalçılarından azad olunmasında iştirak edib. Qəhrəmanlıqla döyüşən Amid sentyabrın 28-də şəhid olub. Həmin günü də Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.
Ailəli idi. Bizlərə üç aylıq qızı yadigar qaldı. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2021, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-01-2021, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54