“Ruslar Qarabağa 5 minədək hərbi qulluqçu yığıb“ - ETİRAZ
Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə yanvarın 11-i Moskvada Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün baş tutacağı barədə fikirlər səslənir. Hələlik xəbər rəsmi təsdiqini tapmayıb, lakin bununla bağlı təkzib də yoxdur.
Bunun yalan məlumat olmadığını ehtimal etsək, tərəflər arasında üçtərəfli saziş haqqında bəyanatı inkişaf etdirəcək siyasi qərarların qəbul ediləcəyi gözlənilir.
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında Moskva görüşündən böyük gözləntilərinin olduğunu qeyd edib:
“Moskva görüşündən pozitiv nəticələrin çıxacağına inanıram. Çünki Prezident qalib tərəfdir, kifayət qədər qətiyyətlidir, ona hər hansı təslimçi mövqeni qəbul etdirmək mümkün olmayacaq.
10 noyabr razılaşmasının müddəalarına ciddi şəkildə əməl edilməsini istəyərdim. Azərbaycanın nəzarəti altında olan torpaqlarda erməni yaraqlılarının hələ də qalması və onların quldurluqla məşğul olması, buna isə sülhməramlıların dözümlü yanaşması xeyli düşündürücüdür. Həmçinin sülhməramlıların tez-tez özlərindən xəritə icad etməsi, nəzarət edəcəkləri rayonların ərazilərini genişləndirməsi, yəni ermənilərin arzularına uyğun hərəkətləri narahatlıq doğuran məqamlardır. Sülhməramlı qüvvələrin tərkibinə Rusiya Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin personalının ardıcıl şəkildə göndərilməsi nəticəsində bu gün burada 1096 hərbçi deyil, 5 minədək Rusiya qulluqçusu var. Üstəlik Ermənistanın nazirlərinin Xankəndiyə gəlib qondarma rejimin rəhbəri ilə müqavilələr imzalaması 10 noyabr müqaviləsinin ruhuna ziddir. Bu ərazilər Azərbaycanındır. Onlar qondarma Dağlıq Qarabağ Respublikasını yenidən gündəmə gətirmək üçün səy göstərirlər. Fransa, Belçika, Lüksemburq tərəfindən həvəsləndirilirlər”.
Politoloq bunun təhlükəli tendensiya olduğunu və yeni qarşıdurmaya gətirib çıxara biləcəyini vurğulayıb:
“Ermənilər tərəfindən ciddi müqavimət başlayıb. Dünənədək yalvaran ermənilər bu gün Türkiyə mallarının alınmasını boykot edirlər. Onsuz da bu formal boykotdur. Gürcüstan və İran tacirləri tərəfindən gətirilən malları həvəslə alırlar və onlar Türkiyə mallarıdır. Azərbaycan hansı sərhədlərlə BMT-yə daxil olubsa, o sərhədlərin dəqiq xəritəsinin çəkilməsi istiqamətində erməni tərəfin ciddi müqaviməti var. Laçında, Kəlbəcərdə yeni hadisələr baş verə bilər”.
Həmsöhbətimiz hesab edir ki, sərhədlərin müəyyənləşməsi ən əhəmiyyətli məsələlərdən biridir:
“Bizim üçün 1 nömrəli məsələ Qarabağın statusu ilə bağlı yekun qərarın verilməsidir. Bu qərar, əslində, 10 noyabrda verilib, sadəcə yeni görüşdə təsdiqlənməsinin prinsipial əhəmiyyəti var, çünki hadisələrin bundan sonrakı inkişafı məhz həmin təsdiqdən asılı olacaq. Azərbaycan tərəfi ortaya hər hansı qondarma bölgənin çıxarılmasını qəti şəkildə qəbul etməyəcək. Lazım gəlsə, məsələnin hərbi müstəviyə keçməsinə Azərbaycan da, Türkiyə də razılıq verəcək. Ona görə də Rusiya və erməni tərəfi sülh yaratma prosesini istəyirsə, suyun axınına qarşı üzməməli, Ermənistanın kapitulyasiya olunmasını qəbul etməlidir. Əks təqdirdə yeni gərginlik yaran bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2021, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-01-2021, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54