Ölkədə tibbi sğorta necə tətbiq olunacaq? - "Hazırlığı gözləsək..."
Bu ildən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələsinin başlandığı açıqlanıb. Apreldə isə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Əslində, tam Azərbaycan üzrə icbari tibbi sığortanın tətbiqi 2020-ci ilə planlaşdırılmışdı. Lakin keçən ilin martında "Tibbi sığorta haqqında" Qanuna dəyişikliklər ediləndən sonra sistemin tətbiqi 2021-ci ilə qədər uzadıldı.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Turan"a bildiriblər ki, "Tibbi sığorta haqqında" Qanuna və Nazirlər Kabinetinin (2020-ci il 10 aprel tarixli) Qərarına əsasən, bu ildə icbari tibbi sığortanın tətbiqi ölkə üzrə təmin olunacaq: "2020-ci il yanvar ayının 1-dən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir".
Qurumdan bildirildiyinə görə, bu il yanvarın 1-dən icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanıb: "Beləliklə, ölkənin daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub". Bunlar Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarıdır.
Sonuncu üçüncü mərhələdə, aprelin 1-dən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta iləəhatə olunmalıdır.
Agentlikdən bildirilib ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin bir qədər uzadılması koronavirus pandemiyası ilə bağlı olub: "Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən iclasında "Tibbi sığorta haqqında" Qanuna dəyişikliklərin edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir".
Qurumdan qeyd olunub ki, cari ildən ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər: "Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur...".
Qurumdan sonra da bildiriblər: "...İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bu, ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti, stasionar tibbi xidmətdir".
Qurumdan vurğulanıb ki, vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər TƏBİB tabeliyində olan tibb müəssisələrində, bu, mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir: "Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb"
Agentlikdən əlavə olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlayıb: "Layihədə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 3000-ə qədər artırılması nəzərdə tutulur. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək".
Məlahət İbrahimqızı: "Azərbaycan icbari tibbi sığortaya tam hazırdır"
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı də xatırladıb ki, Azərbaycan 2020-ci ildən icbari tibbi sığorta sisteminə keçməli idi: "Təəssüf ki, gözlənilməyən koronavirus pandemiyası nəticəsində ölkədə fövqəladə vəziyyət yarandı və Azərbaycan dövləti respublikanın bütün imkanlarını vətəndaşların sağlamlığına və həyatının xilasına yönəltdi".
O da hesab edir ki, Azərbaycan icbari tibbi sığortaya keçidə tam hazırdır: "Bizim bütün bölgələrimizdə yüksək standartlara cavab verən xəstəxanalar, müxtəlif reabilitasiya mərkəzləri istifadəyə verilib, həmin xəstəxanalar ən müasir avadanlıqlarla təchiz olunub. Ona görə də koronavirus pandemiyasının birinci dalğasında və ikinci dalğanın əvvəllərində müraciət edən bütün xəstələr hospitalizasiya olunurdu. Üstəlik də, çox qısa bir zamanda yeni xəstəxanalar inşa olundu. Yəni, çox qısa fasilələr istisna, Azərbaycanda xəstəxanada yerləşdirmə problemi olmadı".
M.İbrahimqızı əlavə edib ki, icbari tibbi sığortanın uğurla həyata keçirilməsi üçün ən vacib şərtlərdən biri yüksək səviyyəli infrastrukturun bütün bölgə üzrə qurulmasıdır: "Çünki, məsələn, Gədəbəy bölgəsində yüksək standartlara cavab verən xəstəxanalar varsa, bu bölgədə yaşayan vətəndaşlar ora gələcəklər, paytaxta yox. İndi şimal, cənub,... bölgələrimizdə yüksək səviyyəli infrastruktur var".
M.İbrahimqızı vurğulayıb ki, ən vacib şərtlərdən biri də icbari tibbi sığortanın Fonduna ödəmələrdir: "Əhalinin ən həssas qrupunun icbari tibbi sığorta üzrə ödənişləri dövlət tərəfindən ödəniləcək. Digər əhali qrupları isə, digər xarici ölkələrdəki kimi, öz əməkhaqqından Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada ödəmələr edəcək".
"Adil Qeybulla: "Artıq 20 ildən çoxdur bu qərar verilib, amma..."
Tibbi elmləri doktoru Adil Qeybulla isə"Azadlıq" radiosuna bildirib ki, Azərbaycan səhiyyə sisteminin icbari tibbi sığortanın tətbiqinə hazır olub-olmaması ilə bağlı nəsə demək çətindir: "Çünki koronavirus pandemiyası olub, onun ardınca da müharibə. Amma çətinliklərlə, səhvlərlə də olsa, biz nə vaxtsa onun tətbiqinə başlamalıyıq. Hazırlığı gözləsək, bu, gərək əbədiyyətə getsin. Pilot rayonlar pis-yaxşı bu təcrübədən keçib. Artıq 20 ildən çoxdur bu qərar verilib, amma...".
Ekspert hesab edir ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirmə aparılmalıdır: "...Çox adam elə başa düşür ki, nə vaxt kefi istədi gedəcək həkimin yanına, amma bu, belə deyil. İcbari tibbi sığorta növbəyə durmaq, bu sığorta çərçivəsindəki prosedurları xəstəxanalarda qəbul etmək imkanıdır...".
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2021, 21:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-01-2021, 21:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08