Daşınmaz əmlakda qiymətlər necə dəyişib? - Siyahı
Tarif Şurası bu il yanvarın 4-də Aİ-92 markalı benzinin (11 faiz) və dizel yanacağının ( 33 faiz) qiymətlərini bahalaşdırmaqla yanaşı, daşınmaz əmlak ilə bağlı olan xidmətlərin tariflərində də dəyişiklik etdi.
Tarif Şurasının qərarına əsasən, daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı, texniki inventarlaşdırılmasının aparılması, habelə əmlak barədə məlumatların reyestrə daxil edilməsi ilə bağlı xidmətlər üzrə qiymətlər artırıldı. Həmçinin, evlərin özəlləşdirilməsi xidmətinin qiyməti də ikiqat yüksəlib.
İndiki və əvvəlki qiymətlər...
Yanvarın 5-dən daşınmaz əmlakın inventarlaşdırılmasında çoxmənzilli yaşayış binalarında ümumi sahənin hər 1 kvadratmetri 85 qəpik olub (əvvəlki qiymət – 40 qəpikdir).
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə isə tariflər belədir:
- sahəsi 100 kvadratmetrədək 240 AZN (əvvəl maksimum 120 AZN)
- sahəsi 100 kvadratmetrdən 500 kvadratmetrədək - maksimum 980 AZN (əvvəl 490 AZN)
- sahəsi 50 kvadratmetrədək (50 kvadratmetr daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 50 kvadratmetrdən çox olduqda hər əlavə 1 kvadratmetr üçün 33 qəpik (əvvəl 20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə…
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5 hektaradək olduqda):
- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN.
- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN (əvvəl vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib) .
Həyətyanı və bağ sahələri üzrə:
- sahəsi 0.12 hektaradək olduqda - 20 AZN (əvvəl 12 AZN)
- sahəsi 0.12 hektardan çox olduqda hər əlavə 0.01 hektar üçün – 1.7 AZN (əvvəl 1 AZN).
Tarif Şurasının qərarında qeyd edilir ki, bu xidmətlər üzrə tariflər 2009-cu ildə təsdiq olunub. Qurumun vurğulamasına görə, əlavə vəsait keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcək.
"Artırılan rüsumlar yüksək deyil"
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən "Turan"a bildiriblər ki, artırılan rüsumlar yüksək deyil: "Evlərin özəlləşdirilməsi tariflərinin ikiqat artması bu sahədə fəaliyyət göstərən icra hakimiyyəti orqanlarının xidmət keyfiyyətini artıracaq. Xidmətlərin keyfiyyətinin artırılması ilk növbədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işçilərin əmək haqlarının artırılması və onların maddi həvəsləndirilməsi əsasında baş verə bilər. Vətəndaşlar öz mülklərini sənədləşdirməklə yalnız bir dəfə vəsait xərcləyəcəklər, bunun əvəzində isə əmlak üzərində öz hüququnu tanıdırlar".
Komitədən əlavə olunub ki, tariflərin artırılması daşınmaz əmlakın qiymətlərinə təsir göstərməyəcək.
İqtisadçı Hafiz Babalı isə Tarif Şurasının qərarını əsassız sayır. Ekspert AzadlıqRadiosuna bildirib ki, qiyməti artırılan xidmətlər əvvəl də mənfəətlə işləyirdi: "Burada qazanılan pullar kifayət qədərdir. Həmin pulun 30 faizi personalın əmək haqlarına əlavə ödəniş kimi verilirdi. Bu artıma səbəb nədir ki? Yəni, az qazanırlar? Gəlirləri də artırdı, texniki vəsaitlər də kifayət qədər idi".
"Qiymətlərin artırılmasına səbəb olacaq"
H.Babalı hesab edir ki, baş verənlər daşınmaz əmlakın qiymətlərinin artırılmasına səbəb olacaq: "Texniki inventarlaşdırma xərcləri kvadrat hesabı ilə ikiqat artırsa, bu, mənzillərin qiymətinə də təsir göstərəcək. Şirkət və ya mənzili alan şəxs, sonra ikinci dəfə alqı-satqı edən şəxslər hər dəfə bu xidmətlərə görə ödəniş edəcək, çünki hər alqı-satqı prosesində inventarlaşdırma aparılır. Bu proses da hər dəfə əmlakın qiymətinin artmasına səbəb olacaq. Tutaq ki, mənzilin qiyməti 100 min manatdır, onun inventarlaşdırma qiyməti 500 manat idisə, indi olacaq 1000 manat. Əmlak bazarında qiymətlərin 1 faiz artımı da ciddi faktordur".
"Bakıda qiymətlər daha çox artacaq"
İqtisadçı qeyd edib ki, diferensial yanaşmaya görə regionlar üzrə qiymət artımı da fərqli olacaq: "Bakı və Sumqayıtda qiymətlər yüksəkdir, rayonlarda isə aşağıdır. Qiymətlər bu prinsiplə artacaq. Bakıda qiymətlər daha çox artacaq".
H.Babalıya görə, daşınmaz əmlakın qiymətləri ilə bağlı təqdim olunan statistika inandırıcı deyil: "Daşınmaz əmlak bazarında qiymətlər daim oynayır, gah düşür, gah qalxır. Son dövrlər bu qiymətlər artıma doğru gedirdi. İndi isə qiymət artımına əlavə stimul verilib. Hesab edirəm ki, tariflərin artımı ölkə üzrə daşınmaz əmlakın qiymətlərinə 2-3 faiz təsir edəcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2021, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-01-2021, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09