İlon Maskın “Mars nağılı”... - Milyarder “qırmızı planeti” fəth etmək istəyir
Yanvarın 7-də dünyanın ən varlı adamına çevrilmiş «SpaceX» kosmik şirkətin yaradıcısı və «Tesla İlon Mask»-ın Baş direktoru İlon Mask Mars planetinin fəth olunası xatirinə bütün əmlakını satmaq qərarına gəlib. Bu barədə «Business Insider» nəşri xəbər verib.
Biznesmen bəyan edib ki, Marsda şəhər salmaq planı əhəmiyyətli kapital qoyuluşu tələb edəcək. Onun sözlərinə görə, bu, əmlakından əl çəkmək səbəblərindən biridir. Digər səbəb isə Maskın fikrincə, söhbət Marsın fəthindən gedərkən, özünün nə qədər qərarlı olduğunu dünyaya nümayiş etdirməkdən ibarətdir.
«Fakt odur ki, praktiki olaraq, mənim əlimdə pul dəyəri olan mülkiyyət qalmayıb - şirkətin səhmlərindən savayı. Əgər iş yerində gərgin işlər gedirsə, sadəcə fabrikdə yatmaq mənim xoşuma gəlir. Və aydındır ki, hansısa yaşayış yeri lazımdır, əgər orada mənim uşaqlarım olacaqsa...» - Mask bildirib.
«Business Insider»-in qeyd etdiyi kimi, Mask dünyanın varlı adamları siyahısında «Amazon»un yaradıcısı Ceff Bezosu ötüb keçəndən sonra, özünün Tvitter səhifəsindəki «postu»nu dəyişdirib.
Milyarder oraya 2018-ci il tarixli yazısını yerləşdirib. Yazıda o, öz var-dövlətinin yarısını Marsda şəhər salmağa ayıracağını vəd edib.
Mask bundan əvvəl deyib ki, 2050-ci ilə Marsa 1 milyon insan göndərməyi və onları qırmızı planetə çatdırmaq üçün 1000 ədəd «ulduzauçan»dan ibarət donanma yaratmağı planlaşdırır. Marsa uçmağa imkanı olmayanlara Mask ssuda verməyə və “qırmızı planeti”də iş yeri təqdim etməyə hazır olduğunu bəyan edib.
Bu məqamda zavallı Cordano Brunonun faciəli taleyi yada düşür - «Yer fırlanır» dediyinə görə, kilsə onu tonqalda yandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2021, 08:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-01-2021, 08:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35