Bakıda bəzi rayonlarda təbii qazın verilişində məhdudiyyətlər yaranıb - AÇIQLAMA
Bakının Xəzər rayonu ərazisində qaz yoxdur.
Bu barədə məlumatı vətəndaşlar sosial şəbəkələrdə paylaşıblar. Belə ki, iddia edilir ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsi, Abşeron rayonu Məmmədli kəndi, Sabunçu rayonu Bilgəh qəsəbəsi, Xəzər rayonu Buzovna qəsəbəsində qaz yoxdur.
“Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sadalanan ərazilərdən yalnız Xəzər rayonunda əhaliyə təbii qazın verilməsi ilə bağlı qısa müddətli məhdudiyyətlər var:
“ Xəzər rayonu Buzovna qəsəbəsinin Malik Musayev küçəsi, Qaçaq Nəbi və Koroğlu küçələrində əhaliyə təbii qazın verilişində fasilələr olur. Qaçaq Nəbi və Koroğlu küçələrində yaranan fasilənin səbəbi aparılan yoxlamalar zamanı qaz xəttində sızmanın müşahidə edilməsidir. Təhlükəsizlik məqsədilə qaz təchizatı qısa müddətli dayandırılıb.
Malik Musayev küçəsində isə yeni çəkilən qaz xəttinin şəbəkəyə qoşulması istiqamətində işlər aparılır. Bu səbəbdən təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Qeyd etdiyim ünvanlarda aparılan işlər tez bir zamanda icra olunduqdan sonra təbii qazın verilişi bərpa ediləcək”.
C.Səfərov qeyd edilən digər ərazilərdə qaz təchizatı ilə bağlı hər hansı problemin olmadığını bildirib:
“Qeyd olunan digər ərazilərdə Abşeron rayonu Məmmədli kəndi, Sabunçu rayonu ərazisində hər hansı problem görünmür. Ola bilər yaranan çətinlik vətəndaşların fərdi problemləri ilə bağlıdır. Bununla bağlı isə vətəndaşlar ərazi üzrə müvafiq idarələrimizin çağrı mərkəzlərinə müraciət edə bilərlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2021, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-01-2021, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56