Günümüzün bəlası: Qadına Şiddət
Cəmiyyətimizdə son zamanlarda geniş yayılmış zorakılıq tendensiyasının əsas fazalarından biri məhz qadınlara qarşı zorakılıqdır. Bəzi kişilərdə “kişi qadından üstündür” deyə bir önyarğı mövcud olduğu üçün onlar ən xırda bir anlaşılmazlıq zamanı zorakılığa və şiddətə əl atmağa meyilli olurlar. Bəzən də bunu “yaxşı at özünə qamçı vurdurmaz” absurdizmi ilə “arqumentləşdirirlər”.
Bəli, təəssüf ki, toplumumuzda “stress çıxarmağın”, uğursuzluğu “kompensasiya etməyin” ən “asan” və “ən təhlükəsiz” iki üsulundan biri uşaqlara şiddətdirsə, digəri də qadınlara şiddətdir. Çöldə xırda bir məmura belə, öz etirazını bildirə bilməyən “kişi” evə gələndə isə həqiqi mənada “başbəlasına” çevrilir.
Qadına şiddətin bir çox səbəbləri var. Ekspertlərin ortaq qənaətinə görə əsas səbəblər-sosial mühit, savadsızlıq, yanlış tərbiyə, psixoloji problemlər və pis xarakterdir.
Unutmamalıyıq ki, təhsilin zəif olduğu mühit, mənəvi və elmi meyarların yetərsiz olduğu mühit deməkdir. Bu da, fərdlərin içindəki ülvi və ali dəyərlərin deyil, instinktiv-ibtidai xislətlərin ön plana çıxdığı bir şərait deməkdir. Bu cür şəraitdə qadına şiddət də, uşağa şiddət də, ümumiyyətlə şiddət və onu məqbul görmə meyli qabarıq olacaqdır.
Həmçinin, cəmiyyətdə qadın barədə aşağı və ucuz anlayışlar mövcuddur və qadın, sadəcə, “ailə qurmaq” üçün “material” hesab olunur, “yarımçıq insan” statustunda görülür. Bu cür anlayışla böyüyən bir kişi əgər həm də savadsız və ya psixoloji problemlidirsə, onun qadına qarşı nəinki hörmətsizlik, hətta fiziki zorakılıq etməsi adi, bəzən labüd haldır.
Psixoloji problemlər isə mütləq həll olunması gərəkən məsələdir. Bunun üçün isə psixoloqlara, psixoterapevtlərə, nevroloqlara müraciət etmək lazımdır. Onu da unutmayaq ki, iş bəzən nəsihətdən, məsləhətdən də keçir, düzəlmək üçün dərman içmək yeganə çarə olur.
Qadına qarşı şiddət, ictimai bir bəla olduğu kimi, onu aradan qaldırmaq da yalnız ictimai mübarizə və kültəvi səylərlə mümkündür. Gəlin, birlikdə, pis mühiti, yanlış çevrəni dəyişək! Amma, dəyişikliyə, ən birinci özümüzdən başlayaq: pis xarakteri və pis psixologiyanı dəyişək!
Gələcəyə Ümidlə!
“Təhsil Araşdırmalar Mərkəzi”
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2021, 22:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-01-2021, 22:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16