“İgidimin nəşini ocağımıza gətirəndə evimi toy evi kimi bəzədim” - Şəhid anası + FOTOLAR
Övladlarımın hamısı əzizdir, mənə. Vüsalım isə tamam başqa idi. Göz bəbəyim idi o. Hər səhər zəng vurur, “səsini eşitməyəndə gücüm tükənir, səsin mənə güc verir”, - deyirdi. Ailəsinə qarşı o qədər həssas idi ki... Aprel döyüşlərində yaralananda heç birimizə xəbər verilməyini istəməmişdi. Böyük oğlum Apoş gedib Gəncədə hospitalda onu görmüşdü. Apoşa da bərk-bərk tapşırmışdı ki, atamgil bilməsin. Bu sözləri AZƏRTAC-a şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanım deyib.
Mədinə xanımın sözlərinə görə, Vüsal hər məzuniyyətə gələndə əsgərlərimizin təlimlərdəki uğurlarından həvəslə danışırdı. Deyirdi, ana, torpaqlarımızı mütləq geri alacağıq. Səni Şuşaya, oradan da Kəlbəcərə, İstisuya aparacağam.
“Atası ondan xəbər gəlmirdi deyə, çox təlaşlanırdı, əlaqə saxlaya bilmirdi. Şəhidlər Naxçıvana gəldikcə fikrə dalır, Allaha əmanət olsunlar, – deyirdi. Fikirli olduğunu heç vaxt mənə bildirmirdi. Günün çoxunu Vüsalın ev tikdirmək üçün aldığı dirrik yerində keçirirdi. Mənə deyirdi ki, fikir eləmə, o, qoçaq oğlandır, indi aslan kimi döyüşür, sağ-salamat qayıdacaq. Amma hiss edirdim ki, ömür-gün yoldaşım Vüsalın müharibədə itkin düşməyindən bərk nigarandır”, – deyən Mədinə xanım qeyd edib ki, bu, Vüsalın atasına niskilli uşaqlığını xatırladırdı. Axı o, üçgünlük olanda atası İkinci Dünya müharibəsində itkin düşmüşdü. Elə, bəlkə də, bu fikir onun ürəyinin dayanmağına səbəb oldu. Vüsal üçün xəyallar qurduğu – “evi bu tərəfdən tikərik, ay oğul, üzü gündoğana tikilən ev yaxşı olur. Həyətə də bağ salarıq”, – dediyi həyətdə də həyatla vidalaşdı.
Şəhid anası deyib: Həyat yoldaşımı itirəndə Vüsaldan hələ xəbər olmasa da, ürəyim hiss edirdi ki, o yaşayır, hələ də döyüşür. Həmin gün isə (noyabrın 9-u), sanki od düşmüşdü ürəyimin başına, özümə yer tapa bilmirdim. Həmin vaxt bir anlıq səs gəldi, sanki kimsə məni şəhid anası deyə səslədi, tez çölə çıxıb həyətə boylandım. Heç kim yox idi. Bircə ağ göyərçin gəlib qonmuşdu qapımıza. Sinəsi yaralı bir göyərçin. Sonradan bildim ki, həmin an balam şəhid olub. Bəlkə də, elə həmin ağ göyərçin Vüsalımın ruhu imiş. Sülh tərəfdarı idi axı balam. Oğlumun cənazəsi gələn gün də gəlmişdi həmin ağ, yaralı göyərçin. Vüsalımın cənazəsi gələn gün ağlımdan ilk keçən onu kim qarşılayacaq fikri oldu. İki oğlum var, qohum-qonşum çox olsa da, atası yox idi. İslam sağ olsa, balamı özü qarşılayardı, – dedim. İgidimi ocağımıza gətirəndə evimi toy evi kimi bəzədim, yoluna qırmızı xalça sərdim. Toy çaldırdım balama. Sən şəhidlik köynəyini bəy paltarından üstün tutdun. Vətənini öz yarından, anandan, bacından çox sevdin, Vüsalım, – dedim”.
Qeyd edək ki, şəhid Vüsal Vəliyev Heydər Əliyev adına Hərbi Liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini də uğurla başa vurub. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinədək yüksəlib. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücum əməliyyatında Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabrda Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. O, hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2021, 23:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-01-2021, 23:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti