Sülhməramlılar Qarabağda daha 5 blok-modul tikir

Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri sülhməramlı kontingentin 400-ə yaxın hərbi qulluqçusunun yerləşdirildiyi Xankəndidə, eləcə də Qozlukörpü (keçmiş Ağdərə rayonunda, 1992-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilən kənd) və Qarakənd yaşayış məntəqələrində 3 blok-modul şəhərcik inşa edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda ümumi tutumu 540 nəfərdən çox olan daha 5 şəhərciyin inşası üçün ərazilərin hazırlanması davam edir.
“Müşahidə məntəqələrində xidmətin təşkilini təmin etmək, gündəlik ehtiyacları qarşılamaq, sülhməramlı şəxsi heyətin bədən tərbiyəsi və istirahəti üçün rahat, müasir yaşayış şəraiti yaradılıb.
Hər şəhərciyin ərazisində süni örtüklü idman zalı, hamam, tibb mərkəzi, qurutma maşını, paltar təmizləmə otağı, istirahət otağı, ofis, anbar, yeməkxana var”, - məlumatda qeyd edilib. (Axar.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2021, 13:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-01-2021, 13:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…