Oqtay Şirəliyev və Ramin Bayramlı canlı yayımda peyvənd olunacaq?
Dünya yeni növ koronavirusa qarşı peyvəndləmə prosesinin başlamasını və kütləviləşməsini səbirsizliklə gözləyir.
Artıq bir sıra ölkələrdə prosesə start verilib.
Türkiyədə COVID-19 infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənmə aparılacaq. “Sinovac” vaksininin ilk dozası Səhiyyə naziri Fəxrəddin Qocaya vurulub. Nazirin ardınca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin üzvləri peyvənd olunublar. Proses media qurumları tərəfindən canlı nümayiş edilib. Bu, həm də etibarlılıq, insanlarda peyvəndə qarşı inam yaratmaq üçün əla vasitədir və başqa ölkələrdə də tətbiq olunur.
Maraqlıdır, Azərbaycanda necə, Səhiyyə naziri Oqtay Şirəliyev və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarəetmə Heyətinin sədri Ramin Bayramlı ictimaiyyətin gözü qarşısında, mediaya açıq şəkildə peyvənd olunacaqlarmı?
Nəzərə alaq ki, insanlarımızın əksəriyyətinin peyvəndlənmə prosesinə münasibəti birmənalı deyil. Bu da təbiidir.
Mütəxəssislər də bildirir ki, 1 il ərzində hazırlanan peyvənd gələcək illərdə insan orqanizminə mənfi təsirlər edə bilər. Bu səbəbdən hər zaman xalqa diqqətli olmağı məsləhət bilən tibb nümayəndələrinin peyvəndləmə prosesinə yanaşması maraq doğurur.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, R.Bayramlının ictimaiyyətin gözü qarşısında peyvənd olunub-olunmayacağı ilə bağlı hələlik dəqiq bir şey deyə bilməz.
Oqtay Şiriyevə gəldikdə, Səhiyyə Nazirliyindən isə hər zaman olduğu kimi, yenə də zənglərimiz cavabsız qalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2021, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-01-2021, 17:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54