500-600 dollara “Kalaşnikov” avtomatı - Ermənilər Qarabağdan İrəvana silah daşıyır
Ermənistan Qarabağ müharibəsində uduzduqdan sonra ölkənin “qara bazarında” çoxlu sayda silah-sursat peyda olub. “Qəhrəman xalq”ın nümayəndələri Qarabağda döyüşmək əvəzinə özlərinin və ölmüş ermənilərin silahlarını İrəvana gətirib, satmaqla məşğul olurlarmış.
Erməni mətbuatında ölkənin Milli Təhlükəsizlik Xidmətinin(MTX) silah alverilə bağlı keçirdiyi əməliyyat barədə məlumat verilib. Məlumatda deyilir ki, Qarabağdan Ermənistanın sərhəd kəndlərinə, oradan da İrəvana silah daşınması və sonradan satılmasıyla məşğul olan dəstənin üzvləri həbs edilib.
Qeyd olunur ki, cinayətkar qrupun başında müharibə başlayan kimi “könüllü” olaraq Qarabağa gedən İrəvan sakini durur. Adı çəkilməyən həmin erməni Qarabağda müxtəlif yollarla əldə etdiyi silahları əvvəlcə Sünik(Zəngəzur-red.) rayonunun Tex kəndində hazırlanan xüsusi anbara yığıb. Sonradan isə İrəvandakı mənzilinə gətirərək, orada satışını təşkil edib.
Bu “qəhrəman” və onun şərikləri Qarabağdan gətirilən “Kalaşnikov” avtomatlarını “qara bazar”da 500-600 dollara satıb. Məlumatda bildirilir ki, onun mənzilində 43 belə avtomat və çoxlu sayda digər silah-sursat aşkarlanıb.
Ermənistan MTX-si Qarabağda döyüşən “qəhrəman” ermənilərə müraciət edərək, onlardakı silah-sursatı təhvil verməyə çağırıb və bildirib ki, silahı könüllü verənlərə qarşı cinayət işi açılmayacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-01-2021, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-01-2021, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54