reklam
Regionxeberlericom.az » Cəmiyyət » Avtomobil bazarında vəziyyət necədir? - Ekspert rəyi

reklam

Avtomobil bazarında vəziyyət necədir? - Ekspert rəyi


Avtomobillərin illik texniki baxışı sertifikatlaşdırılmış servislər tərəfindən aparılması ikinci əl avtomobil bazarının dirçəlməsinə müsbət təsir edə bilər.

Bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən il ikinci əl avtomobil bazarında müşahidə olunan durğunluq hələ də davam edir və bu sahədə müsbət tendensiya müşahidə olunmur.

“Pandemiya səbəbindən avtomobil alqı-satqısında durğunluq müşahidə olunur. Vətəndaşlar ikinci əl avtomobillərin alqı-satqısını maşın bazarında deyil, onlayn qaydada həyata keçirməyə çalışır. Lakin burda da problem yaşanır. Ən böyük problem onlayn satışların lazımi qaydada təşkil olunmamasıdır. Çünki lazım olan baza yoxdur”, - deyə E. Cəfərov qeyd edib.
Ekspertin fikrincə, qanunvericilik olsa da, faktiki olaraq bunu həyata keçirmək üçün hər hansı addım atılmayıb: “Onlayn avtomobil alqı-satqısı zamanı satıcı sadəcə özünün insafına qalaraq avtomobilin nasazlığı barədə qarşı tərəfi məlumatlandırır. Əksər halda satan tərəf avtomobildə olan nasazlıq haqqında olan məlumatı bildirmir. Alıcı isə məcbur olur avtomobili servisdə yoxlatsın. Karantin dövründə isə bu məsələləri həyata keçirmək olduqca çətindir”.

E. Cəfərov əlavə edib ki, bu səbəbdən avtomobillərin təkrar bazarında satışların dirçəltməsi üçün onlayn satışlara təkan verilməlidir.

“Bildiyimiz kimi, avtomobillərin illik texniki baxışı yalnız Dövlət Yol Polisində keçirilir. Bu, texniki baxış sertifikatı olan və dövlət tərəfindən icazə verilən servislərdə də ildə bir dəfə həyata keçirilməlidir. Texniki baxışın nəticələri verilən arayışda elektron daşıyıcıda həkk olunmalıdır. Arayış avtomobil satan şəxs tərəfindən sayta yerləşdirilməlidir ki, alıcı avtomobil barədə məlumatlarla şəffaf qaydada tanış ola bilsin. Avtomobillərdə olan qüsurlar yalnız rəsmi sertifikatı olan servislər tərəfindən tam dəqiqliklə aşkar oluna bilər. DYP ölkədə olan bütün marka avtomobillərin texniki baxışını dəqiqliklə həyata keçirə bilməz. Çünki onların nə zəruri avadanlığı, nə də mütəxəssisləri var. Təklif olunur ki, illik texniki baxışın keçirilməsinə DYP ilə yanaşı, həmçinin rəsmi servislər də cəlb olunsun. Bu zaman ikinci əl avtomobil bazarında alqı-satqı da dirçələcək”, - deyə E. Cəfərov qeyd edib.

Ekspert vurğulayıb ki, bu prosesin şəffaf olması alıcılarda inam yaradacaq və onlar rahat şəkildə evlərində oturaraq avtomobil ala biləcək: “Hazırda bu sistem yoxdur və təəssüf ki, qurulmur. Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında bu, öz əksini tapıb. Qeyd olunub ki, aparılan texniki baxış sertifikatlaşdırılmış digər servislərə də verilməlidir. Amma təəssüf ki, bu məsələ hələdə öz həllini tapmayıb. Texniki baxış yalnız DYP-də həyata keçirilir və yalnız DYP rəsmi sənəd verə bilir”. (APA)

 


Paylaş:


Müəllif : Tarix:
15-01-2021, 18:06
Sikayət   


loading...
Загрузка...