Virusdan danışan məşhur həkimlər peyvənd vurduracaq? - Çin vaksini onları da böldü
Bu gündən etibarən ölkəmizdə COVİD-19 əleyhinə peyvəndlənmə prosesi start götürüb.
Vaksinasiya ilk olaraq səhiyyə işçilərindən başlanacaq. Ancaq peyvəndlə bağlı cəmiyyətdə birmənalı fikir mövcud deyil. Xüsusilə Çin peyvəndinin keyfiyyəti ilə bağlı müzakirələr gedir.
Maraqlıdır, indiyə qədər koronavirusla bağlı fikirləri ilə daim mətbuatın gündəmində olan həkimlər Çindən gətirilən peyvəndi vurduracaqmı?
Bu barədə Cebhe.info-ya açıqlamasında ATU-nun Formokologiya fakültəsinin dosenti Aydın Əliyev bildirib ki, peyvənd olunacaq:
“Bəli, mən peyvənd etdirəcəyəm və inanıram ki, keyfiyyətli olar. Türkiyə bundan istifadə edir, Azərbaycan da buna qoşuldu. Bu, bir mübarizədir və mən də bu mübarizədə peyvənd etdirəcəyəm”.
Həkim-cərrah, tibb elmləri doktoru Adil Qeybulla da peyvənd vurduracaq:
“Əlbəttə ki, peyvəndlənmə siyahı ilə gedəcək və biz də hamımız vaksin vurduracağıq. Çünki mən həmişə demişəm ki, biz peyvəndin əleyhinə gedə bilmərik. Bu məsələ dünya üzrə ciddi nəzarətdədir və ətrafda gəzən bütün şaiyələr əsassızdır”.
ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev isə mütləq vaksin vurduracağını açıqlayı: “Bu gün eşitdiyimə görə, bizdə peyvəndlənmə olunmalıdır. Yəqin ki, mütləq şəkildə iştirakçılardan biri də mən olacağam”.
Lakin həkimlərimiz arasında vaksinasiya olunmağı düşünməyənlər də var. Onlardan biri, həkim-terapevt Rasif Bağırovdur.
O, digər həmkarlarından fərqli olaraq peyvənd olunmayacağını bildirir:
“Birincisi, peyvənd onillik sınaq müddətini keçməyib, ikincisi Çindən gətirilir, üçüncüsü isə TƏBİB rəhbəri də qorxulu siqnal verib. Mən qorunmaq üçün maska taxmağa davam edəcəyəm. Çünki televiziyada da bildirirlər ki, peyvənd hələ tam qorunmaq demək deyil. Bundan əlavə, Çin vaksininin 50 faiz effekt göstərməsi barədə söz-söhbət gəzir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2021, 18:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-01-2021, 18:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54