Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ittiham üzrə “yediyi” məbləği təkbaşına həzm edə bilməzdi. Bunu hər kəs kimi ilk növbədə istintaqçılar da bilir və hazırda cinayət işi davam edir.
Belə məlumatlar var ki, Vüqar Səfərli KİVDF ilə əlaqəli başlanmış cinayət işi çərçivəsində istintaqla fəal əməkdaşlıq edib, mənimsədiyi pulların bir hissəsini dövlət büdcəsinə qaytarıb. Bundan sonra ətrafındakılara “Mənlik nə var ki? Mən qaytardım. Getsin öz problemini həll etsin...” deyirmiş. “Getsin öz problemini həll etsin” fikrini kimə aid etdiyi də gizli deyil, “quyruğu qapı arasında qalan” sabiq sədrin keçmiş patronu Əli Həsənovu nəzərdə tutduğu hər kəsə bəllidir.
“Jurnalistlərin binası” epizodunda isə sabiq sədr, deyəsən, yaman pis ilişib. Bu epizod üzrə Prezidentin sabiq köməkçisi Əli Həsənovla yanaşı, onun yaxın dostu, Rusiyada yaşayan azərbaycanlı tikinti maqnatı, “Verso” şirkətlər qrupunun sahibi Mehrac Babayevin də adı hallanır.
Hazırda Rusiyada yaşayan Mehrac Babayev uzun illər Azərbaycan mətbuatında “immunitet”i olan şəxslərdən biri statusunda olub. Barəsində neqativ yazmaq, danışmaq bu sahəyə kuratorluq edən Əli Həsənovun qəzəbinə gəlmək demək idi. Odur ki, KİV-lər kuratorla münasibətlərini pozmamaq üçün adı onun dostları siyahısında olanların barəsində yazmırdılar. Təsadüfi yazıları isə tez biz zamanda ört-basdır edir, üstünü “malalayırdılar”.
Məsələn, 2009-cu ildə İsveçrədə Mehrac Babayevin oğlu Ziya Babayev “AST Telman”ın oğlanları ilə yeyib-içdikdən sonra bahalı maşınlarla “avtoşluq” edərkən qəza törətmişdi. Həmin qəza zamanı yaşlı bir alman ağır yaralanmışdı. Bu xəbər tez bir zamanda Azərbaycan mətbuatına da çatdı. Lakin qəza ilə bağlı xəbərlərə sonradan elə təqdimat verildi ki, oxuyan elə başa düşərdi ki, “avtoşluq” edən qoca alman olub, arada əməli-saleh milyonçu oğlu məhkəmələrə düşüb.
Əslində isə Ziya Babayev məhkəməsində sükan arxasında sərxoş olduğunu etiraf etmişdi. Prokuror azərbaycanlı oliqarxın oğluna 5 il həbs cəzası tələb etmişdi. Ziya Babayev məhkəmə zalında demişdi ki, törətdiyi əmələ görə peşmandır və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini, sürət həddini aşdığını boynuna alır. Müəyyən olunub ki, Ziya Babayevin idarə etdiyi “Lamborghini” qəza zamanı saatda 150 kilometr sürətlə hərəkət edib. Həmin yolda maksimal sürət həddi saatda 80 kilometrdir. Babayev qarşıda hərəkət edən, 70 yaşlı Almaniya vətəndaşının idarə etdiyi “Volksvagen Golf” avtomobilini ötmək istəyərkən qəza törədib və alman ağır xəsarət alıb. Avropa və Rusiya mətbuatının gündəmindən uzun müddət düşməyən həmin səs-küylü qəza ilkin olaraq Cenevrə gölünün sahili boyu uzanan şosse yolda dəyəri yüz minlərlə ölçülən avtomobillərdə sürət yarışına çıxaraq qəza törədən “yeni ruslar” haqda əhvalat kimi təqdim edilirdi və avropalıları şoka salmışdı. Əvvəlcə həmin qəzanın iştirakçılarının “varlı ruslar” olduğu deyilirdi. Lakin çox keçmədən məlum oldu ki, hadisənin iştirakçıları Rusiya əsilli olsalar da, azərbaycanlılardır - tikinti maqnatı Mehrac Babayevin və oliqarx Telman İsmayılovun ərköyün uşaqlarıdır. Beləliklə, həmin gün Telman İsmayılovun oğulları Sərxan və Ələkbər Mehrac Babayevin (keçmiş cəbhəçi, könüllülərdən ibarət “Şıxov” batalyonunun komandiri olub və 1993-cü ildə Azərbaycanı tərk edərək Rusiyada biznesə başlayıb) 22 yaşlı oğlu Ziya Babayevlə Cenevrə gölünün sahilindəki “Reserve” restoran-barında yaxşıca yeyib-içiblər və əyləniblər. Daha sonra T.İsmayılovun oğlu Cenevrədə gəzib dolaşmaq üçün kirayə götürdükləri 1,4 milyon avroluq “Buqatti Veyron”da və dəyəri 650 min avro olan “Mercedes Mclaren”də, Ziya Babayev isə atasının ona aldığı “Lamborghini Murcielago”da yola çıxıblar. Onların daha bir rusiyalı dostu isə nisbətən ucuz “Porshe Cayanne Turbo” avtomobilində kampaniyaya qoşulub. Dostların məqsədi sürət avtomobilləri ilə “rodeo” təşkil etmək, yəni sürət yarışına çıxmaq idi.
Yarış zamanı “Lamborghini” öndə gedən “Volksvagen Golf” avtomobilini vurub. Nəticədə “Volksvagen” darmadağın olub, onun 70 yaşlı alman sürücüsü isə ağır yaralanıb. İsveçrə mətbuatı hadisə zamanı “Lamborghini”nin saatda 220 kilometr sürətlə hərəkət etdiyini yazırdı. Məlum olmuşdu ki, bundan əvvəl həmin “Lamborghini” və “Bugatti” Monako knyazlığında sürət yarışına çıxıblar. Mətbuat yazırdı ki, İsmayılov qardaşları ilə Z.Babayev müntəzəm olaraq birlikdə əyləniblər. T.İsmayılovun oğullarının Cenevrəyə dincəlmək üçün hadisədən bir neçə gün əvvəl gəldiyi məlum olub. Hadisəyə qədər Z.Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil alıb. Hadisə ilə bağlı o, müvəqqəti təhsildən kənarlaşdırılıb. O dövrdə atası qəzaya görə onun mümkün qədər yüngül cəza alması üçün güclü vəkillər tutmuşdu və Ziya Babayev 2 il şərti cəza və 10 min frank cərimə ilə canını həbsdən qurtara bilmişdi. Bu olay haqda xəbərlər həmin dövrdə Azərbaycan mətbuatında o qədər də geniş yayılmamışdı. Səbəbi də vurğuladığımız kimi, Mehrac Babayevin adının Əli Həsənovun dostları siyahısında olması idi.
Hazırda Mehrac Babayevin adı növbəti dəfə gündəmdədir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il avqustun 28-də KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlayıb. Bir neçə gün sonra Vüqar Səfərli fondun rəhbəri vəzifəsindən çıxarılıb. Bu müddətdə cinayət işi üzrə istintaq hərəkətləri aparılıb, o cümlədən ev verilən jurnalistlərin əksəriyyəti idarədə dindirilib.
Binaları “Protoks” MMC inşa edib, onun rəhbəri Nadir Məhərrəm oğlu Məmmədov da Vüqar Səfərli ilə birgə həbs edilib, hər ikisinə qarşı eyni maddələrlə ittiham irəli sürülüb. Məlumatlı mənbə “AzPolitika.info”ya bildirib ki, əslində “Protoks” MMC dolayısı ilə Əli Həsənova məxsusdur, çünki şirkətin səhmlərinin 51 faizi onun qohumlarından birinin adınadır. Şirkətin 49 faizinin formal sahibi isə Əli Həsənovun yaxın dostu, Moskvada yaşayan milyonçu, iş adamı Mehrac Babayevə məxsusdur. Lakin bizə verilən məlumata görə, Mehrac Babayevin bu işlərdəki iştirakı formal xarakter daşıyıb. Yəni tikintilərə, vəsaitlərin köçürülməsinə, paylanmasına, alqı-satqı məsələlərinin hamısına keçmiş şöbə müdiri bilavasitə rəhbərlik edib. O, dəfələrlə tikinti aparılan əraziyə gəlib, işin gedişatı ilə yerində maraqlanıb.
Mehrac Babayevin jurnalistlərə bina tikən şirkətə formal olaraq rəhbərlik etməsi onu çətin ki, məsuliyyətdən kənar qoysun. Ona da sualların olacağı istisna deyil. Bu formallığın qarşılığında nə alıb, nə verib üzə çıxarılası məsələlərdir. Mehrac Babayev kənarda dayanmaqla faktiki olaraq onun adından jurnalistlərin binasının keyfiyyətsiz materiallarla, həm də olduqca şişirdilmiş qiymətlərlə tikintisinə yol açıb. Bunu pul qarşılığında və ya güzəştlər müqabilində etməsi aydınlaşdırılmalı məsələdir.
Vüqar Səfərli ilə birlikdə həbs edilən Nadir Məmmədova gəldikdə, internet resurlarında onun haqqında foto və məlumat yoxdur, MMC rəhbəri olsa da, heç zaman Vüqar Səfərli, Əli Həsənovla bir araya gəldiyini göstərən görüntülər ortaya çıxmayıb. Güman etmək olar ki, N. Məmmədov “Protoks” MMC-nin formal rəhbəridir. Hətta ola bilsin ki, elə Əli Həsənovun 51 faiz paya formal sahiblik edən qohumudur. Prokurorluğun yaydığı məlumatda adıçəkilən şirkətin mənimsəmələrdə iştirakı belə təsvir edilib: “... 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyəri müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə ”Protoks" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib. Qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib, şəxsən təsdiq etməklə, vəzifə saxtakarlığı da törədib".
Jurnalistlər üçün Bayılda, Salyan yolu 22 ünvanda inşa edilən birinci bina istifadəyə veriləndən sonra 155 mənzilli binanın tikintisinə büdcədən 22.5 milyon manat vəsaitin xərclənməsi barədə fonddan verilən açıqlama heyrət və qəzəb doğurmuşdu. Bu rəqəm orta hesabla büdcəyə iki, üç otaqlı mənzilin 140-145 min manata başa gəlməsi demək idi. 2013-cü ilin bazar qiymətləri ilə hesablasaq, çəkilən xərcin dəyəri azı 2-3 dəfə şişirdilmişdi. Bakıda bina tikən məşhur tikinti şirkətlərindən birinin sahibi o zaman mətbuata bildirmişdi ki, 22.5 milyon manata 155 mənzilli 4 bina tikib təhvil verə bilər, üstəlik, sakinlərə məktəb də hədiyyə edər. Özünün qazancına gəldikdə, iş adamı 1.5-2 milyon manat təmiz mənfəət əldə etməyin mümkün olduğunu vurğulamışdı. “Bir halda ki, bina dövlət sifarişi ilə jurnalistlər üçün tikilir, deməli, torpağa və nəzarətçi qurumlara heç bir ”haqq" ödənilməyəcək. Belə olan halda təmir də daxil olmaqla, bir kvadrat metr orta hesabla 350-400 manata başa gəlir", - iş adamı qeyd etmişdi.
Bu qalmaqaldan sonra fond 255 mənzilli ikinci və üçüncü binanın tikintisinə çəkilən xərcləri ictimaiyyətə açıqlamadı. Prezidentin müvafiq sərəncamlarından məlum olur ki, binaların hər birinə 38-40 milyon manat vəsait ayrılıb. Mənzillər paylandıqdan sonra jurnalistlər binada dövlət vəsaitlərinin necə amansızlıqla talan edilməsinin əyani şahidi oldular. Çünki evlər istisnasız olaraq ən keyfiyyətsiz tikinti materialları ilə təmir edilmişdi. Döşəmələr betonun üzərinə düzülmüş keyfiyyətsiz laminatdan ibarət idi. Divarları isə bazarda 2-3 manata satılan divar kağızları bəzəyirdi. Hamam aksesuarları, kombilər, boru xətləri, qapılar da Çinin ən ucuz məhsullarından idi. Sonradan məlum olmuşdu ki, binanın tikintisi zamanı fondun rəhbəri Vüqar Səfərli Çinə səfər edib həftələrlə orada qalaraq, bu keyfiyyətsiz, amma ucuz materialların alınıb Azərbaycana göndərilməsini təşkil edibmiş. Nəticədə jurnalistlərin az-çox maddi imkanı olanları mənzilləri yenidən təmir etməyə məcbur oldu, bu zaman binaların həyətində ürəkağrıdan mənzərə yaranmışdı. Çünki hər gün həyətdə təmir zamanı evdən çıxarılan - Vüqar Səfərlinin Çindən gətirdiyi tikinti materiallarından ibarət “dağ” yaranırdı. Jurnalistlər büdcəyə milyonlara başa gələn bu materialları bir gün də istifadə etmədən söküb zibilliyə atırdılar. Korrupsiyanın fəsadları binalarda bu gün də özünü göstərir. Liftlərdə tez-tez problemlər yaranır, kommunikasiya şaxtaları düzgün quraşdırılmadığından, küləkli havada evlərdə uğultudan dayanmaq olmur, pəncərələr də küləyə davam gətirmir. Binanın fasadına vurulan üzlüklər tez-tez qopub tökülür. Binalarda 600-dən artıq ailə məskunlaşsa da, market, aptek yoxdur, bankomat, “Bakubus” kartlarını yükləyən aparat isə bir neçə ay əvvəl qoyulub. Çünki birinci binada bu ehtiyac üçün nəzərdə tutulan ilk mərtəbə Prezidentin keçmiş köməkçisi, Vüqar Səfərlinin hamisi Əli Həsənov tərəfindən zəbt edilmiş, təxminən min kvadratdan artıq yer onun “Kaspi” Təhsil Mərkəzinin sərəncamına verilmişdi. Qeyd edək ki, binanın çardağı da eyni məqsədlə Həsənovun ailə şirkətinin istifadəsində idi. Əli Həsənovun dostu Mehrac Babayevin bu məsələlərə nə dərəcədə bulaşdığını isə istintaq üzə çıxaracaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-01-2021, 09:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-01-2021, 09:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16