reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Məmur övladlarının xaricdə təhsili qadağan edilsin!”

reklam

“Məmur övladlarının xaricdə təhsili qadağan edilsin!”

Dünən Beynəlxalq Təhsil Günü idi. Azərbaycan təhsilində olan problemlərlə bağlı tanınmış təhsil eksperti Şahlar Əsgərov Moderator.az-ın bu suallarını cavablandırıb. “Yeni Sabah” professorun cavabını təqdim edir:

"Əvvala, Beynəlxalq Təhsil Günü münasibəti ilə həm təhsil verənləri, həm də təhsil alanları ürəkdən təbrik edirəm. Əhalimizin yarıdan çoxu təhsilə bağlıdır. Yaxşı ki, bu məsələni gündəmdə saxladınız. Bu suallara həm qısa var, həm də uzun cavabım var.

Qisa cavab:

1. Məmur övladının xaricdə təhsil alması yasaqlanmalıdır. TN-dən kənar heç kəs xaricdə təhsil almamalıdır. Onda təhsil sistemi daxildən çiçəklənər.

2. Təhsilə yerli icra hakimiyyətinin müdaxiləsi dayandırılmalıdır.



Bu şərtlər daxilində ölkəmizdə dəyərli universitetlət qurular. Rüşvət sistemdə yığılar.

Uzun cavab: Təhsilə yeni baxış lazımdır:

1. Təhsil milli və mənəvi dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Qarabağ – dəyərdi. Təhsil onu qoruya bilmədi. Güc qorudu. Bu işdə qələm qılınca uduzdu.

2. Təhsil düzgün qərar qəbul etmək səriştəsini insanlara öyrətməlidir.

3. Təhsil şəxsiyyət (rüşvətxor məmur, qanuni oğru və b.k) yox, kamil insan yetişdirməlidir.

4. Təhsilin məzmunu elə olmalıdır ki, gənclər özünü yox, millətin, dövlətin sevən yetişsin.

5. Təhsildə liberallaşma. Ali təhsildə liberal qaydalara üstünlük verilməlidir. Dövlət universitetləri ilə özəl universitetlər arasında rəqabət yaratmaq üçün, hər bir məktəb öz diplomunu verməlidir.

6. Təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır.

7.Təhsilin keyfiyyəti coğrafiyadan asılı olmamalıdır.

8. Müharibə zamanı Ordu komandirləri hansı önəmi daşıyırsa, sülh dövründə məktəb direktorları həmin önəm daşımalıdır. Komandirləri Müdafiə Naziri təyin etdiyi kimi, direktorları daTəhsil Naziri seçməyi bacarmalıdır. 9. Tərbiyə məsələsi diqqət mərkəzinə çəkilməlidir. "Tərbiyə manafesti"-nini yaradılmasına ehtiyac böyükdür. Tərbiyə - ərdəmli insan yetişdirmək deməkdir.

10. Ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır. Xaricdə fəaliyyət göstərən diplomatik korpusun və iş adamlarımızın övladları səhv baxış ucbatından öz vətənində ali təhsil ala bilmirlər.

11.Təhsil - sevgi işidir. Gənclər sevib seçdiyi ixtisaları öyrənəndə böyük vətəndaş yetişir. Gəncləri sevmədiyi ixtisaslara yerləşdirmək, milli mənafeyə ziddir.

12. Fundamental elmi və texniki ixtisaslara qəbul yerlərini artırmaq lazımdır. Dəqiq elm nümayəndələri yaradıcı olurlar, qanunsevər olurlar.

Sonda qeyd edim ki, bu təhsil müddəalarının əksəriyyəti ənənəvi müddəaların tam əksinədir. Hal-hazırda bəşəriyyət iqtisadi ox (oxu:cahillik) ətrafında fırlanır. İnanıram ki, yaxın gəlcəkdə dünya kamillik oxu (oxu: təhsil) ətrafında fırlanacaq. Bu, o zaman baş verəcək ki, ölkənin birinci naziri İqtisadiyyat və ya Maliyyə naziri yox, Təhsil naziri olacaqdır.


Paylaş:


Müəllif : Tarix:
25-01-2021, 08:33
Sikayət   


loading...
Загрузка...